Çin və BƏƏ atom texnologiyaları sahəsində əməkdaşlıq edəcək

  • 2018-07-21 14:26:16
  • |

Çin və BƏƏ atom texnologiyaları sahəsində əməkdaşlıq edəcək

Çin Xalq Respublikası (ÇXR) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərbi qüvvələrin əməkdaşlığı mexanizminin yaradılması, həmçinin atom texnologiyaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi niyyətindədir.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda deyilir: “Tərəflər iki ölkənin silahlı qüvvələri arasında məhsuldar əməkdaşlığa yüksək qiymət veriblər. Silahlı qüvvələr arasında əməkdaşlıq mexanizminin yaradılması, müxtəlif növ qoşun növləri arasında qarşılıqlı əlaqə, kadr hazırlığı və birgə təlimlərin keçirilməsi qeyd olunub”.

Bundan əlavə, tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığı fəal inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Sənəddə həmçinin qeyd edilir ki, ÇXR və BƏƏ nüvə silahının yayılmaması sahəsində regional və beynəlxalq əməkdaşlığı gücləndirməli, nüvə materiallarının qaçaqmalçılığına qarşı birgə mübarizə aparmalıdır.

Qeyd edək ki, Çin lideri Si Cinpin 19-21 iyul tarixlərində BƏƏ-də dövlət səfərdə olub. Bu, 29 il ərzində Çin liderinin BƏƏ-yə birinci, Si Cinpin üçün isə ÇXR sədri seçildikdən sonra ilk xarici səfəridir.

Loading...

QALEREYA