İNANILMAZ OLAY: toyuqlar hinə girmiş tülkünü öldürdülər

İNANILMAZ OLAY: toyuqlar hinə girmiş tülkünü öldürdülər

Hurriyyet.org xəbər verir ki, Fransanın şimal-şərqindəki bir toyuq fermasında hinə daxil olmağa çalışan bir tülkünün toyuqlar tərəfindən öldürüldüyü bildirilib.

“Frans Press” xəbər agentliyinin məlumatında deyilir ki, Bretanidəki kənd təsərrüfatı akademiyasının nəzdindəki fermada qeyri-adi hadisə baş verib. Yaşyarımlıq tülkü 3 min toyuğun olduğu toyuq damına daxil olub. Günün batması ilə qapılar dərhal avtomatik şəkildə onun arxasınca bağlanıb və heyvan tələyə düşmüş kimi olub. Tülkünün cəsədi ertəsi günü tapılıb. Heyvan dimdik yaralarından ölüb.

Ferma müdiri Daniel Paskal deyib: “Toyuqlar sürü instinkti ilə hərəkət edərək, tülkünü dimdikləyib öldürüblər”.

Daniel bundan bir neçə il əvvəl toyuq damına daxil olmuş tülkünün çox sayda toyuğu tələf elədiyini xatırladıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

51-ci buraxılış
QALEREYA