Çindən müharibə elanı! Kriptonun kökünü kəsəcək!

Çindən müharibə elanı! Kriptonun kökünü kəsəcək!

Hurriyyet.org xəbər verir ki, Kripto pul vahidi hərəkatına qoşulmağı rədd edən və bunun üçün kripto pulların satışı və hərraclarını qadağan edən Çin indi də krito pul “mədənçilərin” kökünü kəsəcək bir həmlə etməyə hazırlaşır.

Ötən həftə Çin hökumətinin kripto pul mədənçilərinin elektrik istehlakını məhdudlaşdıracaq limit tətbiq edəcəyi planı ilə bəyan edilmişdi. Deyə bilərsiniz ki, elektrikin nə əlaqəsi var? Kripto pul mədənçiliyini bilməyənlər üçün qısa bir məlumat verək lazımdır. Kripto pul mədənçiləri, blok zənciri mədənçiliyi ilə məşğul olan şəxslərdirlər. Kripto pul toplamaq üçün mədənçilik əməliyyatı ilə yaradılan hər bir blok üçün mədənçilər sistemin müəyyənləşdirdiyi mükafat alır. Biktoin sistemində bu mükafat 12 biktoindir. Bəs, elektrik ehtiyacı nədən ibarətdir? Mədənçiliklə məşğul olmaq istəyən şəxslər olduqca bahalı və böyük bir kompüter sistemi qurmalıdırlar. Bu sistem olduqca çox elektrik sərf edir. Türkiyənin Diyarbakır bölgəsində ötən həftələrdə bir evin az qala bir fabrik qədər elektrik enerjisi sərf eləməsinin səbəbinin, həmin evdə oğurluq elektriklə Biktoin mədənçiliyi ilə məşğul olmaları olduğu aşkara çıxmışdı.

Elektrik yoxdursa, kriptovalyuta da yoxdur!

Çin hökuməti də kripto pul istehsalının qarşısını almaq və sistemli şəkildə kökünü qazmaq məqsədi ilə mədənçiliklə məşğul olan şəxsləri bu işdən uzaqlaşdırmağa çalışır.

Çin hökumətinin belə bir addım atmasının səbəbi nədir? Bunun cavabı son dərəcədə bəsitdir. Dünya miqyasında Biktoin mədənçiliyi üçün sərf edilən enerjinin üçdən ikisi Çinin payına düşür. Çinin bu planı uğurla nəticələnsə, kripto pulların gələcəyi sual altında qalacaq.

Lakin elektrikə limit qoyulmasının təsirli olacağına şübhə ilə yanaşanlar da var. Onların fikrincə, kiçik miqyaslı mədənçilik əməliyyatlarını aşkara çıxarmaq çətin olduğundan, sanksiyalar gözlənilən dərəcədə uğurlu olmaya bilər.

Hurriyyet.org

Loading...

QALEREYA