İngiltərə İranla bağlı diplomatik müdafiə qərarı verdi - Casus qalmaqalı

  • 2019-03-08 11:33:21
  • |
  • Dünya /

İngiltərə İranla bağlı diplomatik müdafiə qərarı verdi - Casus qalmaqalı

İngiltərə İranda 5 il azadlıqdan məhrum olunmuş vətəndaşı Nazanin Zaqhari Ratcliffenin mühakimə müddəti və tibbi müalicəyə çıxışına maneə olması səbəbindən vətəndaşının diplomatik müdafiəsinə qərar verib.

Hurriyyet.org-un Teleqraf.com-a istinadən məlumatına görə, İngiltərənin xarici işlər naziri Jeremi Hunt bəyan edib ki, bu qərarla London vacib bir addım atıb.

Nazir qeyd edib ki, İran Ratcliffe məsələsində beynəlxalq qanunlardan irəli gələn öhdəliyini yerinə yetirməyib və artıq bu problem dövlətlərarası məsələyə çevrilib.

Onun sözlərinə görə, İngiltərə vətəndaşının həbsi səbəbləri qəbuledilməzdir.

İngiltərə baş diplomatı əlavə edib ki, İranda həbs edilən vətəndaşlarının səhhətində problemlər var: “Verilən sözə baxmayaraq ehtiyac olan tibbi xidməti həyata keçirə bilmədik”.

Nazir qeyd edib ki, diplomatik müdafiə haqda qərar İrana hərəkətlərinin səhv olduğu haqda mesaj verən əhəmiyyətli addımdır: “Bu qərar qısa müddətə nəticə verməyəcək. Mən İngiltərə vətəndaşının sərbəst buraxılması haqda bir daha çağırış edirəm”.

40 yaşlı Ratcliffe 2016-cı ildə İrandan İngiltərəyə qayıdarkən hava limanında həbs olunub. Sonradan ona qarşı “hakimiyyəti devirmək və casusluq” ittihamı ilə 5 il həbs cəzası verilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA