İngiltərədə məscidi ziyarət edən Korbinə YUMURTALI HÜCUM

  • 2019-03-04 12:38:46
  • |
  • Dünya /

İngiltərədə məscidi ziyarət edən Korbinə YUMURTALI HÜCUM

Hurriyyet.org xəbər verir ki, İngiltərədəki əsas müxalifət partiyası olan Leyboristlər partiyasının lideri Ceremi Korbin ölkədəki müsəlman Qeyri-Hökumət Təşkilatlarını birləşdirən Britaniya Müsəlman Şurasının ölkə miqyasında keçirdiyi “Məscdimi Ziyarət Et” tədbiri çərçivəsində seçki bölgəsindəki Finsberi Pakr rayonu məscidini ziyarət edib.

Bu zaman adamlardan biri Korbinə yumurta atıb. İngiltərənin Skotland Yard polis təşkilatının yazılı açıqlamasında Korbinə yumurta atan 41 yaşlı kişinin tutulduğu bildirilir. Yerli mətbuatda dərc edilən xəbərlərdə həmin şəxsin qatı Breksit tərəfdarı olduğu bildirilir.

2016-cı il iyunun 23-də İngiltərədə keçirilən Breksit referendumundan bir həftə əvvəl Leyboristlər partiyasından olan qadın millət vəkili Co Koks ultrasağçı bir şəxsin hücumu nəticəsində həlak olmuşdu.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA