İngiltərənin Baş Qəragahından qorxu dolu açıqlama: “Rusiya çox qüdrətlidir. Özümüzü o səviyyəyə çatdırmasaq...”

İngiltərənin Baş Qəragahından qorxu dolu açıqlama: “Rusiya çox qüdrətlidir. Özümüzü o səviyyəyə çatdırmasaq...”

İngiltərənin Baş Qəragah rəisi Nik Karter: “Suriya müharibəsi Rusiyaya yaradı, sınaqlar keçirdi, təcrübə qazandı”

Hurriyyet org xəbər verir ki, İngiltərənin Baş Qəragah rəisi Nik Karter Rusiyanın ciddi bir təhdid olduğunu bildirərək, özlərinin Rusiya ordusunun inkişaf səviyyəsindən gediə olduqlarını və onların səviyyələrinə qalxmalı olduqlarını bildirib. O, Rusiya ordusunun həm müharibə təcrübəsinin olduğunu, həm də uzun mənzilli ballistik raket sınaqları keçirdiyini bildirib. Xüsusilə də, Suriyada keçirdiyi əməliyyatlarla hərbi qüdrətini nümayiş elədiyini söyləyib.

Nik Karter deyib: “Əgər qısa müddət ərzində özümüzü onlarla eyni səviyyə gətirməsək, İngiltərənin hücum və təhdidlərin qarşısını almaq qabiliyyəti süquta uğrayacaq”.

Karter Rusiyanın gözləniləndən də daha qısa müddət ərzində təhlükə yarada biləcəyini əlavə edib: “Biz, soyuq müharibədən bəri müharibələri seçərək onlarda iştirak eləmişik. Lakin Rusiya ilə hərb məsələsində seçim hüququmuz olmaya bilər. Rus inqilabçı Lev trotskinin tövsiyəsini unutmayaq: “Siz müharibə ilə maraqlanmaya bilərsiniz, amma müharibə sizinlə maraqlanacaqdır”.

Hurriyyet org

Loading...

QALEREYA