İNGİLTƏRƏ BUNU GÖZLƏMİRDİ! - Etirazlar dalğa-dalğa yayılır

  • 2019-04-20 13:45:05
  • |
  • Dünya /

İNGİLTƏRƏ BUNU GÖZLƏMİRDİ! - Etirazlar dalğa-dalğa yayılır

Hurriyyet.org xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində başlayan problemlər şəhərin müxtəlif hissələrinə yayılmağa başlayıb. Hadisələri dayandırmaq istəyən İngiltərə polisi etirazçılara qarşı sərt müdaxilələr eləməkdədir.

Ötən bazar ertəsi günü iqlim dəyişiklərinə diqqət çəkmək üçün parlament binasına doğru yürüş edən minlərlə şəxs etirazlarını bildirməyə davam edir. Yürüşün minlərlə iştirakçısının olduğu Oksford küçəsi nəqliyyatın üzünə bağlanıb. Oksford küçəsindəki gəmişəkilli platformasının üzərinə çıxmış qrup üzvləri yaşadığımız planetdə son illər ərzində iqlim şəraitinin pisləşməsi ilə bağlı etirazlarını bildiriblər. Yürüşdə iştirak edən Rising UP qrupu üzvü olan bir nəfər Tereza Mey hökumətinə müraciət edərək deyib: “Bu gün burada “Raysinq ap” üzvləri olaraq, iqlim dəyişikliklərinə qarşı toplaşdıq. Hazırda ölkəmizi idarə edən şəxslərə səsimizi çatdırmaq və həqiqəti demək üçün buradayıq. Bu şəkildə yaşamağa davam etsək, 11 il sonra böyük bir problemin başlanmasına şərait yaratmış olacağıq”.

Çıxış edənlərdən biri isə belə deyib: “Hökumətə şərtlərimizi qəbul elətdirməyə məcburuq. Çünki çox vaxtımız qalmayıb. Bu gün buraya səsimizi çatdırmağa toplaşmışıq. Demokatiyanın varlığına inanırıq, buna görə də düşüncələrimizi dilə gətiririk. Ötən bazar ertəsi günü bir çox ölkələrdə yürülər keçirilib. 33 ölkədə, 80 şəhərdə etiraz nümayişləri keçirilir. Şəhərlərin mühüm nöqtələrində toplaşaraq etirazımızı bildiririk. Londonun ən mühüm körpüsündə və meydanında etirazlar həyata keçirik. Demokratiyanın olduğu hər yerdə səsimizi ucaltmağa davam edəcəyik.

Polisə tam ixtiyar

İngiltərə hökuməti nümayişçilərlə davranmaqda polis qruplarına bütün səlahiyyətləri verib. Nümayişlər zamanı 15 nəfər polis məntəqəsinə aparılıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA