“İnqilab Keşikçiləri qərarı” Türkiyəyə də ZƏRƏR VERƏ BİLƏR

  • 2019-04-09 14:00:25
  • |
  • Aktual /

“İnqilab Keşikçiləri qərarı” Türkiyəyə də ZƏRƏR VERƏ BİLƏR

Hurriyyet.org xəbər verir ki, Türkiyədə dərc edilən “Habertürk” nəşrinin əməkdaşı Sərdar Turqut ABŞ-ın İranın İnqilab Keşikçiləri qüvvələrini terrorçu elan eləməsinin Türkiyə üçün də fəsadları ola biləcəyini bildirib.

“ABŞ-ın təhlükəli qərarının bir qanadı Türkiyəyə də toxuna bilər” başlıqlı məqaləsində yazılır: “ABŞ tarixində ilk dəfədir ki, hökumət başqa bir ölkənin rəsmi ordusunu tamamilə terrorçu elan edir. Bu halda İran da Amerika ordusunu tamamilə terrorçu elan edərək cavab verəcək. Qarşılıqlı belə qərarlar verildiyi təqdirdə bu, demək olar ki, qarşılıqlı müharibə elan edilməsinə bənzər vəziyyət demək olacaqdır... Bu, Türkiyənin sərhədlərində yeni, böyük bir müharibə təhlükəsi ilə yanaşı, başqa ciddi təhlükələrin də yaradılması demək ola bilər. ABŞ İnqilab Keşikçilərini terrorçu elan edərsə, onunla əməkdaşlıq edən hər kəsə və hər ölkəyə də sanksiyalar tətbiq edə bilər. İşin bir tərəfi gəlib Türkiyəyə çıxa bilər”.

“İran İnqilab Keşikçiləri hərbi qüvvə olmaqla yanaşı, eyni zamanda ölkənin mühüm bir iqtisdi gücüdür. İran iqtisadiyyatının 20 faizinə qədərinə İnqilab Keşikçiləri nəzarət edir. Enerji sektoru kimi mühüm sahələr onların nəzarətindədir.

Amerikanın sərt embarqolarından kənarda saxlanılmış Türkiyə İranla iqtisadi əməkdaşlığa davam edir. Lakin İnqilab Keşikçiləri terrorçu elan edilərlərsə, İran ilə əməkdaşlıq zamanı onların Keşikçilərin şirkətləri ilə əlaqə qurmuş Türkiyəyə də sanksiya tətbiq edilə bilər. Vaşinqtondakı Türkiyə əleyhdarları isə bu fürsəti əldən verməyəcəklər. Buna görə də Türkiyə ehtiyatlı davranmalıdır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA