İnsan bağırsağında yaşayan 100 yeni canlı növü

İnsan bağırsağında yaşayan 100 yeni canlı növü

İnsanlar bilməsə də, insan bədəni olduqca böyük bir bioloji zənginliyə malikdir. Bədənimizdə yaşadığını bildiyimiz növlərin arasına yeniləri əlavə oldu.

Hurriyyet.org deyerler.org-a istinadən bildirir ki, insanlar olaraq bir çox canlı növü ilə oxşarlığımız var. Bu canlıların bir qismi bədənimizdə yaşayır. Ümumiyyətlə varlıqlarını deyil, yoxluqlarını hiss etdiyimiz bu canlılar, bir çox həyati funksiyamızı reallaşdırmaqda bizə köməkçi olur.

Bağırsaqlarımızın bakteriya həyatına ev sahibliyi etdiyi uzun müddətdir bilinir. Avstraliyadakı Hadson İnstitutundan Dr. Samuel Forsterin Nature Biotechnology jurnalında nəşr olunan araşdırması isə bağırsaqlardakı həyatın nə qədər rəngli olduğunu göstərir.

Kanada və Britaniyada yaşayan 20 iştirakçının bağırsağından alınan nümunələri araşdıran Dr. Forster və qrupu, 273 fərqli bakteriya növü kəşf etdi. Bunlardan 105 növü əvvəllər bilinmirdi. Bilinənlərdən isə 68 növü daha əvvəl təsnif edilməmişdi. Fərqli zəncirlərə malik olan cəmi 737 bakteriya müəyyən edildi.

Forster, dünya səviyyəsində insanların bağırsaqlarında 5000 fərqli bakteriya yaşadığını ancaq insanların hər birində 200 qədər fərqli növdə bakteriya olduğunu söyləyir. Bu bakteriyaların bəziləri bütün insanlarda ortaq olaraq göründüyü halda, bəzi bakteriya növləri isə kiçik yerli qruplarda müşahidə edilir.

Bağırsaqlarımızdakı həyatın araşdırılması çətin bir əməliyyatdır. Bu anda araşdırmaların davam etdiyini ifadə edən Dr. Forster, yeni və böyük bir araşdırmanın hələ yolda olduğunu söyləyir.

Bağırsaq bakteriyaları ümumiyyətlə böyük xəstəliklərdən başqa çox araşdırılmırdı. Son illərdə isə bu kiçik canlıların ümumi sağlamlığımız üçün nə qədər əhəmiyyətli olduğu aydın oldu.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA