İntihar edən amerikalı milyarder 4 qadını bir-biri ilə evlənməyə məcbur edib - Cefri Epsteynlə bağlı tükürpədən yeni faktlar ortaya çıxıb

İntihar edən amerikalı milyarder 4 qadını bir-biri ilə evlənməyə məcbur edib - Cefri Epsteynlə bağlı tükürpədən yeni faktlar ortaya çıxıb

Amerikalı milyarder Cefri Episteyn ötən həftələrdə kamerasında ölü tapılmışdı. Prokurorların "serial seks ovçusu” adlandırdığı iş adamının ölümü ilə bağlı gündəmə bomba kimi yeni iddialar düşüb.

Musavat.com xəbər verir ki, Episteyn, yetkinlik yaşına çatmayan qız uşaqlarını və çox sayda insanı cinsi istismarda və seks məqsədli insan qaçaqçılığı etməkdə ittiham olunurdu.

Epsteynin ölümündən sonra komplo teoriyaları ortaya atıldı. Sosial mediada belə versiyalar yayıldı ki, Epstein başqa məşhur şəxslərin adlarının ortaya çıxmasının əngəllənməsi üçün öldürülüb, hətta ölümü də quramadır.

Həbsxana yetkililərindən alınan məlumata görə, Epstein ötən şənbə sabahı 06.30-da kamerasında ölü tapılıb. Həbsxana işçiləri onu həyata qaytarmağa çalışsalar da, xəstəxanaya aparılan milyarderin öldüyü açıqlandı.

Yetkililər Epsteynin intihar etdiyini düşündüklərini dedikləri halda, rəsmi ölüm sənədi hələ açıqlanmayıb. Yeni iddialara görə, Epsteynin həbsxanada rahatlığını təmin etmək üçün məhkumlara rüşvət verdiyi və beləcə təhlükədən uzaq qalmağı planlaşdırdığı ortaya çıxıb. Epsteynin kiçik hücrədən qurtulmasına kömək etmək üçün vəkilinə də külli miqdarda pul verdiyi və 12 saata qədər görüşə gəlməsini istədiyi bildirildi. Bu uzun görüşmə saatlarında ehtiyatdakı bütün yemək və içkilərin tükəndiyi də bildirildi.

Jeffrey Epstein kadınları birbirleriyle evlenmeye zorlamış

Tramp isə Twitterdə mühafizəkar komediyaçı Terrence Villiamsın Epsteynin ölümü ilə bağlı keçmiş prezident Bill Klinton və keçmiş xarici işlər naziri Hillari Klintonu cavabdeh saydığı videonu paylaşıb. Tramp mesajında Epsteynin intihar nəzarətində olduğu zaman öldüyünü iddia edib.

Epsteyn haqqında federal cinayət işi bağlandı. Amma ona təzminat davası açmaq hələ də mümkün ola biləcək. Məhkəmə sənədlərinə görə, Epsteynin Manhattan, Palm Beach, New Mexiko və Parisdə evleri, Kariblərdə adası, ən azı 15 maşını və özəl təyyarəsi var.

Cenifer Araoz adlı bir qadın 15 yaşındaykən Epsteynin ona təcavüz etdiyini iddia edərək, məhkəməyə müraciət etmişdi. Aroaz, Epsteynin ölümündən sonra verdiyi açıqlamada aşağıdakıları demişdi: “Epsteynin qurbanları ilə məhkəmədə üzləşə bilməyəcəyi üçün əsəbi və kədərliyəm. Bizlər həyatlarımızın sonuna qədər bu travma ilə yaşamağa məcburuq. Amma Epsteyn etdiyi cinayətlərin və o qədər insana yaşatdığı iztirabların nəticələri ilə əsla üzləşməyəcək”.

Prokurorların məhkəmənin gedişi zamanı Epsteynin köməkçiləri və işçilərinə qarşı da cinayət işi aça biləcəyi deyilir. Məhkəmə sənədlərində Epsteyn üçün “masaj edən qadınları təşkil edən” üç işçisi barədə də danışılır.

Jeffrey Epstein kadınları birbirleriyle evlenmeye zorlamış

Məhkəmə sənədində zərərçəkənlərdən birinin vəkili olan Robbie Kaplan isə bildirib ki, "Epsteyn və cinayət ortaqlarının qurbanları ümidlərini ititməməlidir. Biz var gücümüzlə ədalətin öz yerini tapması üçün cəhdlər göstərməklə qalmayıb, yol verilən bütün cinayətlərin dünyaya çatdırılmasını təmin edəcəyik. Gənc qızlarımızın və ya kişilərimizin bir daha bu cür şeylər yaşamaması üçün bu cinayətləri ifşa etmək məcburiyyətindəyik”.

Əxlaqsız milyarderlə bağlı ortaya çıxan digər iddialar da şokedicidir. Belə ki, C.Epsteyn 2013-cü ildə 2 qadını bir-biriylə zorla evləndirmək istəyib. Qadınlardan biri ABŞ vətəndaşı, digəri isə Şərqi Avropadan olub. Qadınlar əxlaqsız milyarderin həbsindən bir ay öncə boşandıqlarını deyiblər. Ketlin Doe adlı bir başqa qurban isə Epsteynin ona təzyiq edərək, başqa bir qadınla evlənməsini istədiyini bildirib.

Ketlin Doe isə eyni cinsdən bir qadınla evlənməsi üçün Epsteynin ona 20 min dollar təklif etdiyini bildirdi. Qadınlar boşanmadan öncə Epsteynə aid bir binada yaşadıqlarını dedilər. Katlin həmçinin iddia edib ki, Epsteyn ondan bakirəliyini istəyib və buna məcbur edilib.

Jeffrey Epstein kadınları birbirleriyle evlenmeye zorlamış

Nyu Yorkdakı federal prokurorlar onun 2002-2005-ci illər arasında Nyu Yorkdakı evi və Floridadakı malikanəsində aralarında 14 yaşındakı qız uşaqlarının da olduğu, yetkinlik yaşına çatmayan insanlarla pul qarşılığında cinsi münasibətlər qurması ilə bağlı iddianaməni də keçən ay gündəmə gətirmişdi.

Musavat.com xatırladır ki, Epsteynə 2007-ci ildə də buna bənzər ittihamlar yönləndirilmişdi. Həmin vaxt prokurorluqla anlaşan və insan alveri ittihamlarını qəbul edən Epsteyn ehtimal edilən ömürlük həbs cəzası əvəzinə 13 ay həbsə məhkum olmuşdu.

ABŞ mediasına görə, 6 iyulda Epsteynin malikanəsində aparılan axtarışda külli miqdarda nəğd pul, çoxlu sayda brilyant, adına alınmış, yaşayış yeri olaraq Səudiyyə Ərəbistanın qeyd olunduğu, vaxtı keçmiş bir saxta pasportla yüzlərlə gənc qadının intim fotoları tapılmışdı.

Epsteyn 23 iyulda boynunda izlər tapıldığı üçün intihar nəzarətinə götürülmüşdü. İzlərin intihar cəhdi, yoxsa hücuma məruz qaldığı üçün yarandığı isə aydınlaşmamışdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA