“İntiqama hazırlaşırlar” – keçmiş İŞİD-çidən şok etiraflar/Foto

“İntiqama hazırlaşırlar” – keçmiş İŞİD-çidən şok etiraflar/Foto

İŞİD terror təşkilatının italyan əsilli keçmiş üzvü, 22 yaşlı Munsəf əl-Mixayar “Röyters” agentliyinə ilginc açıqlamalar verib.

Terrorçu İŞİD daxilində parçalanmanın olduğunu, lakin növbəti mərhələdə intiqama hazırlaşdıqlarını iddia edib.

Xüsusilə, Suriyanın Baquzdakı militanlarının təslim olmaq niyyətində olmadıqlarını bildiriən Mixayar təşkilatın “əmir” adlandırılan komandirlərinin öldürüldüyünü bildirib:

“Bəzi komandirlər isə Türkiyə, İraq və yaxud Qərbi Avropa ölkələrinə qaçıblar. Həmin komandirlər Suriyada qalan militanlara “İslamı müdafiə etmək” əmrini veriblər. Buna görə də İŞİD İraq və Suriyanın şərqində yeni düşərgələr qurmağa çalışır. Bu, intiqam hazırlığıdır”.

Hazırda Milanda olan əl-Mixayar İŞİD-ə 18 yaşında qatıldığını bildirib. Daha əvvəl ateist olduğunu və replə maraqlandığını, buna görə də ABŞ-a köçmək istədiyini deyən əl-Mixayar İŞİD-in video-görüntülərini izlədikdən sonra bu terror təşkilatına qoşulmaq haqda qərar verdiyini deyib. Yaxın dostunu itirdikdən sonra isə İŞİD-dən ayrılmaq istəsə də, buna görə həbs edilib və ön cəbhəyə göndərilib.

Suriyalı bir qadınla evlənən və iki övladı olan əl-Mixayarı İŞİD-dən ayrılmağa da həyat yoldaşı razı salıb.

Munsəf əl-Mixayar iki ay əvvəl Suriyanın şimalında kürd qruplaşmasına (DSQ) təslim olub. Beləliklə İtaliyaya qayıdan keçmiş İŞİD üzvü 8 il azadlıqdan məhrum edilib.\\Teleqraf.com

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA