İpoteka Fondu banklarla müştəriləri üz-üzə qoyub - Kredit limitləri hələ də ayrılmayıb

İpoteka Fondu banklarla müştəriləri üz-üzə qoyub - Kredit limitləri hələ də ayrılmayıb

“İpoteka və Kredit Zəmanət Fondu müvəkkil banklar üçün nəzərdə tutulmuş limitləri hələ də köçürməyib. Problemlə bağlı Strateq.az saytında məlumat dərc olunduqdan sonra banklara cəmi bir neçə yüz min manat verilib və proses bununla yekunlaşdırılıb. Hazırda Fondun portalı demək olar ki, fəaliyyətini dayandırıb. Ancaq rəhbərliyə lazım olanda açılır, müraciətlər qəbul olunur, sonradan qapadılır. Banklar da kredit üçün sənədlərini təqdim etmiş müştərilər qarşısında çıxılmaz vəziyyətə düşüblər”.

Bu barədə bank sektorundakı mənbə Strateq.az saytını məlumatlandırıb.

Xatırladaq ki, saytımızda fevralın 11-də bu barədə dərc olunan məqalədə Fondun ötən ilin dekabr ayında banklara limitlərlər bağlı göndərdiyi rəsmi məktubun geri alındığı bildirilib.

Mənbə daha sonra qeyd edib ki, sosial ipoteka ilə bağlı vəsait ümumiyyətlə ayrılmayıb:

“Güzəştli şərtlərlə kredit götürmək hüququ olan yüzlərlə müştəri banklara müraciət etsələr də imtina cavabı alırlar. Çünki İpoteka Fondu bunun üçün büdcədə nəzərdə tutlmuş vəsaiti banklara ödəməkdən imtina edir. Bu da hazırda hökumətin sosial-iqtisadi sahədə apardığı siyasətlə kəskin ziddiyət təşkil edir. Dövlət bi sıra sahələrdə aztəminatlı vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atıır. Onun bir hissəsi də vətəndaşıarın mənzillə təminatıdır. İndi dövlətin açdığı bu pəncərə Fond rəhbərliyi tərəfdən izaholunmaz şəkildə qapadılıb. Bu, absurddur”.

Mənbə bildirib ki, Fondun ipoteka kreditlərinin 30 faiz ilkin ödəniş şərti ilə verilməsi ilə bağlı tələbi də qüvvədə qalır:

“Bu, olduqca böyük məbləğdir. Bir çox müşətri məhz ilkin ödəniş tələbinin yüksək olması səbəbindən kredit götürməkdən imtina edir. Vətəndaşın 20-30 min manat nəğd pulu olarsa, onun kredit almasına ehtiyac yoxdur, bazarın imkanlarından faydalana bilər”.

Fondun bu tələbini sözügedən sayta şərh edən İqtisadi və Sosial İnkişaf İctimai Birliyinin rəhbəri, ekspert Vüqar Bayramov bildirib ki, 30 faiz ilkin ödəniş şərti doğru deyil:

“Mütəmadi olaraq banklarda ilkin ödəniş məbləğinin artırılması müşahidə olunur. Bu da nəticə etibarı ilə ipoteka kreditindən yararlanmaq istəyən gənc ailələrin imkanlarını mədudlaşdırır. Kommersiya bankları 100 min manat kredit üçün 30 min manat ilkin ödəniş tələb edirlər. Bunu ödəmək xüsusən, gənc ailələr üçün çətindir. Biz İpoteka Fonduna ilkin ödənişlə bağlı maksimum həddin müəyyən olunmasını təklif edirik. Təklif ondan ibarətdir ki, müvəkkil banklar qarşısında adi ipoteka kreditləri üzrə maksimum 20, sosial ipoteka üzrə isə 10 faiz hədd müəyyən edilsin. Əgər, İpoteka Fonu indiki qaydalarla davam etsə, banklar ehtiyacı olan müştərilərə yenə ağır şərtlərlər kredit təklif edəcəklər”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA