“İqlim dəyişiklikləri dözülməz istilərə səbəb ola bilər" - MƏŞHUR FİZİK

“İqlim dəyişiklikləri dözülməz istilərə səbəb ola bilər" - MƏŞHUR FİZİK

Hurriyyet.org xəbər verir ki, britaniyalı fizik, məşhur Stiven Hokinq qlobal istiləşmə nəticəsində Yer planetindəki həyatın dözülməz olacağını bəyan edib. O, dörd milyard il bundan əvvəlki iqlimi indiki Yer planetindəkinə bənzəyən Veneranı nümunə göstərib.

Dahi alim bu sözləri özünün “Sevimli yerlər” (Stephen Hawking's Favourite Places) videolayihəsinin ikinci epizodunda söyləyib.

Hokinqin proqnozuna görə, parnik effekti problemi həll edilməzsə, Yer Veneranın taleyini yaşaya bilər. Belə ki dörd milyard il bundan əvvəl Veneranın iqlimi Yerin indiki iqlimi kimi idi. Lakin parnik qazlarının atmosferdə toplanması Veneranın 460 dərəcəyə qədər qızmasına səbəb olub.

Yerin artıq 4,5 milyard yaşının olduğu nəzərə alınsa, onda 200-500 ildən sonra bəşəriyyət yeni “ev” axtarmalı olacaq. Alim deyib: “İqlimin dəyişdiyini inkar edən insan qarşınıza çıxarsa, onu Veneraya göndərin. Gediş haqqını mən verəcəyəm”.

Hurriyyet.org

Loading...

QALEREYA