İran: “ABŞ-a istehsal ilə qalib gələcəyik”

  • 2018-11-06 16:24:00
  • |
  • Dünya /

İran: “ABŞ-a istehsal ilə qalib gələcəyik”

Hurriyyet.org xəbər verir ki, Tehran şəhərində Sənaye, Mədən və Ticarət Nazirliyinin tədbirində iştirak edən İranın birinci vitse-prezidenti İshak Cahangiri yeni dövrdə əsas prioritetinin istehsal olacağını, ABŞ-ın sanksiyalarına bu şəkildə qalib gələcəklərini bildirib.

O deyib: “İnsanları təlaşlandırmaq istəmirik. İnqilabın və ölkənin əsl sahibi xalqdır. Xalqın dəstəyi olmadan bu ağır sınaqlardan çıxmağımız mümkün deyil. Sanksiyaların təsiri olmayacağını demirik. Lakin, bunu ən aza endirməliyik. İranın istehsal gücünün artması ABŞ-ın məğlubiyyətinin ən mühüm göstəricisi olacaq. ABŞ-ı və sanksiyalarını istehsal sektorunun duruşu ilə məğlubiyyətə uğradacağıq”.

Hurriyyet.org

Loading...

QALEREYA