İran böhrandan Türkiyənin yardımı ilə çıxa bilər

  • 2018-11-14 18:08:15
  • |
  • Region /

İran böhrandan Türkiyənin yardımı ilə çıxa bilər

Hurriyyet.org xəbər verir ki, İranın Şərqi Azərbaycan əyalətindəki Arez Azad Ticarət Zonasının türk və iranlı biznesmenlərin əməkdaşlıq edəcəyi yeni ticarət nöqtələrindən biri olması hədəfə alınıb.

İranın şimal-qərbində 51 min hektar ərazidə, Türkiyə sərhədinin yaxınlığında qurulan Arez Azad Ticarət Zonası aəzrbaycanlıların sıx yaşadıqları Təbriz şəhərindən 137 km məsafədə yerləşir.

İranda istehsalat üçün gərək olan xam maddələrin böyük bir qismi Türkiyədən gətirilir. İranın Türkiyə ilə ticarətinin ABŞ sanksiyalarından təsirlənməyəcəyi gözlənilir.

Arez Azad Ticarət Zonasının başçısı Möhsün Nəriman “Anadolu Agentliyi”nin müxbirinə müsahibə verərkən azad zonadakı vergi və keçid əngəllərindən uzaq şirkətlərin 60 faizinin əcnəbi şirkətlər, həmin əcnəbi şirkətlərin də 30 faizinin türk şfirmaları olduğunu bildirib.

ABŞ-ın İrana qarşı sanksiyalardan azad elədiyi 8 ölkədən özləri üçün ən mühümünün Türkiyə olduğunu söyləyən Nəriman deyib: “Türkiyə ilə uzun illik ticarət əlaqələrimiz var və bu bağların kəsilməsi mümkün deyil”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz