İRAN BƏYAN ETDİ: “Hind okeanında təlim keçirəcəyik”

  • 2019-02-08 16:26:07
  • |
  • Region /

İRAN BƏYAN ETDİ: “Hind okeanında təlim keçirəcəyik”

Hurriyyet.org xəbər verir ki, İran Dəniz Qüvvələrinin komandanının müavini, vitse-general Turec Həsəni Mukaddem, Hind okeanının şimalında hərbi təlim keçirəcəklərini bildirib. Mukaddem İran dövlət mətbuatında verilən açıqlamasında təlimin fevral ayının sonrlarında keçiriləcəyini bildirib.

İran donanmasına məxsus sualtı gəmilər, pilotsuz uçuş aparatları, elektronik hərbi mexanizmlər və sahildən dənizə atılan raketlər kimi yeni silahların təlimdə istifadə ediləcəyini bildirən Mukaddem, Aden körfəzi, Süveyş kanalı, Aralıq dənizi və Çin dənizində də azad sularda güclü təlimlər keçiriləcəyini qeyd edib.

İranlı general yanvarın 4-də verdiyi açıqlamada da İran donanmasının mart ayından etibarən 5 ay müddətində Atlantik okeanında olacağını bildirmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA