İRAN BƏYAN ETDİ: “İyunun axırından etibarən...”

  • 2019-06-17 14:40:26
  • |
  • Region /

İRAN BƏYAN ETDİ: “İyunun axırından etibarən...”

Hurriyyet.org xəbər verir ki, İran dövləti iyun ayının sonundan etibarən zənginləşdirilmiş uran ehtiyatlarını artıracağını bildirib.

İranın rəsmi telelviziyasında çıxış edən İran Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvandi, iyun ayı ərzində aşağı səviyyədə zənginləşdirilmiş uran səviyyəsinin keçiləcəyini bəyan edib. Avropa ölkələrinə üz tutan mətbuat katibi ABŞ sanksiyalarına qarşı çıxışları dayandırıb İrana qarşı yardım üçün hərəkətə keçmələrini tələb edib. Kamalvandi deyib: “Bu gün 300 kiloqramlıq zənginləşdirilmiş uran ehtiyatını artırmağa başlayacağıq. Proses 10 gün davam edəcək. Başqa sözlə deyilsə, bu sərhədi 27 iyun tarixindən sonra keçmiş olacağıq”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İranla imzalanmış nüvə müqaviləsindən imtina edərək, İrana qarşı sanksiyalar tətbiq eləməyə başlayıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA