İran Ermənistana 100 nəfərlik heyət göndərir: DOLLARDAN İMTİNA

  • 2019-07-17 14:13:47
  • |
  • Region /

İran Ermənistana 100 nəfərlik heyət göndərir: DOLLARDAN İMTİNA

İran və Ermənistan çox güman ki, ticarətdə milli valyutadan istifadəyə keçəcəklər.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bunu İran-Ermənistan Birgə Ticarət Palatasının sədri Ervik Yaricanyan deyib.

“Biz biznesin iki ölkənin valyutasında aparılması üçün lazımi tədbirlər görürük. Bank qaydaları çərçivəsindən kənara çıxan maliyyə-kredit təşkilatının yaradılması təklifi İrana təqdim edilib”, – deyə o bildirib.

Yaricanyan gələn ay İrandan Ermənistana 100 nəfərlik nümayəndə heyətinin gələcəyini vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA