İRAN İLƏ İNGİLİS KONSORSİUMU ARASINDA NEFT MÜQAVİLƏSİ İMZALANDI

  • 2018-05-17 17:39:13
  • |
  • Dünya /

İRAN İLƏ İNGİLİS KONSORSİUMU ARASINDA NEFT MÜQAVİLƏSİ İMZALANDI

“Avropanın nüvə müqaviləsini qorumaq üçün atdığı ilk addım”

Hurriyyet.org xəbər verir ki, İran ilə ingilis konsorsiumu arasında neft müqaviləsi imzalanıb.

İranın rəsmi İRNA agentliyi ABŞ-ın İranla nüvə müqaviləsindən imtina eləməsindən sonra Avropanın nüvə müqaviləsini qorumaq üçün atdığı ilk addım kimi qiymətləndirib.

İran ölkənin cənub-qərbindəki bir neft sahəsini istismar eləmək üçün “Perqas” ingilis şirkəti ilə ilkin razılaşma imzalayıb.

İran dövlət televiziyası Tehranın ölkənin cənub-qərbindəki Kerenj neft və qaz yatağını istismar eləmək üçün mərkəzi Londonda yerləşən “Pergas” konsorsiumu ilə ilkin müqavilə imzalandığını bəyan edib.

Layihənin həyata keçirilməsi üçün 1,2 milyard dollara yaxın vəsaitə ehtiyac var. Layihə reallaşdırıldıqdan sonra Kerenj yatağından gündəlik 200 min barrel xam neft çıxacağı gözlənilir.

Hurriyyet.org

Loading...

QALEREYA