İran İnqilabı Keşikçiləri: “Zərifə məlumat verilməməsi Ruhaninin diqqətsizliyidir”

  • 2019-03-06 17:57:52
  • |
  • Region /

İran İnqilabı Keşikçiləri: “Zərifə məlumat verilməməsi Ruhaninin diqqətsizliyidir”

Hurriyyet.org xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandirinin köməkçisi İsmayıl Kaani Suriya prezidenti Bəşər Əsədin İrana Qüds Qüvvələrinin vasitəsi ilə gəldiyini, xarici işlər naziri Məhəmməd Zərifə məlumat verilməməsinin prezident Həsən Ruhaninin diqqətsizliyi olduğunu bildirib: “Bəşər Əsədi Tehrana Qüds Qüvvələri gətirdi. Prezidentin xəbəri var idi. Zərifə deyilməməsinin diqqətsizlik üzündən baş verdiyini zənn edirəm. Bu, hökumətin diqqətsizliyidir”.

Kaani deyib: “Bir çox məsələlərdə bizim fikirlərimiz hökumətin fikirləri ilə üst-üstə düşməyə bilər. Lakin hökumət bizim hökumətimizdir”.

Əsədin Tehrana gətirilməsinin həssas bir əməliyyat olduğunu bildirən Kaani deyib: “Məsələ ilə bağlı xəbərdar olmalı şəxslərin xəbəri vardı, olmamalıların isə xəbəri yox idi”.

Kani İranın xaricindəki hərbi əməliyyatlara başçılıq edən Qüds Qüvvələri komandiri Qasım Süleymaninin xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə dost olduğunu da deyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA