İran kəşfiyyatı və “Mücahidine-Xəlq” qovğası: rəsmi Tehranın Avropada məxfi əməliyyatları - ARAŞDIRMA

İran kəşfiyyatı və “Mücahidine-Xəlq” qovğası: rəsmi Tehranın Avropada məxfi əməliyyatları - ARAŞDIRMA

Mucahidini-Xəlqin döyüşçüləri paradda

Metyu Dalton

The Wall Street Journal (ABŞ), 31.10.2018

İranlı Əmir Səduni adlı mühacir iyunun sonunda günəşli günlərin birində Lüksemburqda bir kafenin terrasında ancaq Daniel adıyla tanıdığı və Fransada yurd salmış və Tehran rejiminə qarşı çıxış edən qrupu güddüyünə görə cənab Səduniyə uzun illər pul ödəyən İran kəşfiyyatının agentiylə görüşüb.

Duruma bələd qaynaqların sözlərinə görə, Daniel deyib ki, təkcə məlumat toplamaq “bizə bəs etmir”. İran kəşfiyyatının agenti cənab Səduniyə və xanımına sözügedən qrupun iyunun 30-da keçirəcəyi və prezident Trampın tərəfdarı Rudi Culianın çıxış edəcəyi illik konfransda işə salmalı olduqları partladıcı qurğu verib.

İsrail kəşfiyyatının yönəltməsiylə hərəkət edən Avropanın təhlükəsizlik xidmətləri durumun inkişafını diqqətlə izləyirdilər. Belçika rəsmiləri xəbər veriblər ki, cənab Səduni və arvadı Paris yaxınlığında konfransın keçirildiyi yerə yollandıqları zaman onları saxlayıb və onlarda 500 qrama yaxın aseton turşusu – güclü partladıcı maddə aşkarlayıblar. Alman polisi İran kəşfiyyatının agentini İran səfirliyində diplomat kimi işlədiyi və hökumət tərəfdən təqibdən yayınmaq üçün öz diplomatik statusundan istifadə edə biləcəyi Avstriyanın sərhədinin bir neçə milliyində həbs edib.

Diplomatiya üçün kritik anda – Vaşinqtonun İranla nüvə sazişindən çıxmasından bir ay sonra hazırlanmış teraktın qarşısını almaq mümkün olub. İndi Fransa prezidenti Emmanuel Makron və Avropanın başqa liderləri bu sazişi xilas etməyə çalışırlar. Tramp administrasiyası noyabrın 5-də İrana qarşı yeni sanksiyalar tətbiq etməli olacaq – haçansa İranın neft sektoruna toxunanlardan daha sərtini.

İran kəşfiyyatı agentinin Fransa torpağında terakt təşkilinə cəhd etdiyi haqda məlumat İranın nüvə sazişini xilas etməkdə Avropanın səylərini təhlükə altında qoyur. Avropanı Tehranla əlaqələri kəsməyə məcbur edən ABŞ və İsrail məmurları bu epizodu cənab Makron və başqa liderlərin bu sazişi dəstəkləməyi dayandırmağın gərəkdiyinə səbəblərdən biri adlandırırlar.

Danimarka oktyabrın 30-da çərşənbə axşamı bildirib ki, dissidenti öldürmək niyyətində olan İran xüsusi xidmətlərinin əməliyyatını pozmağa nail olub, bu isə Avropanın Tehrana münasibətdə öz mövqeyini sərtləşdirməsi üçün daha bir bəhanəyə çevrilib. İran xarici işlər nazirliyinin təmsilçisi bildirib ki, Tehranın bu işə heç bir dəxli yoxdur.

Terakt keçirmək məqsədilə ehtimal edilən sui-qəsd haqda bu əhvalat Avropa məmurları, habelə cənab Sədunini və xanımı Nəsimə Nəmini yaxından şəxsən tanıyan adamların verdikləri informasiyaya əsaslanır. İran kəşfiyyatı agentinin vəkili Əsədulla Əsədi durumu şərhdən imtina edib. İran hökuməti şərh vermək xahişimizə reaksiya verməyib. İran xarici işlər naziri Cavad Zərif bildirib ki, bu sui-qəsd İranın Tehran və Qərbin arasına çiv vurmağa səy edən beynəlxalq düşmənlərinin işidir. Avropanın bəzi məmurları İran sazişini xilas etməkdə Fransanın rolunu nəzərə alaraq hesab ediblər ki, bu ehtimal edilən sui-qəsd özgə bayrağı altında əməliyyat ola bilərdi. Amma Fransa hökuməti xəbər verib ki, onun aydınlaşdıra bildiyi kimi, bu əməliyyatın arxasında İran kəşfiyyat nazirliyinin yüksəkməqamlı məmuru Səid Haşimi Muqədəm durur. Məmurlar və analitiklər narahatlıq ifadə edirlər ki, indi ABŞ-la diplomatik danışıqların heç bir nəticə vermədiyi vaxtda bu hadisə nisbi təmkindən xeyli illər keçəndən sonra İranın Qərbdə gizli zorakı əməliyyatlara əl atmağa hazır olmaq dərəcəsinin artdığını göstərir. Brukinq institutunun baş elmi əməkdaşı və Mərkəzi kəşfiyyat agentliyi, Ağ Ev və Pentaqonun keçmiş məmuru Bryus Ridel deyir: “Hiss edirlər ki, məhdudiyyətlər onların üzərindən götürülüb”.

İran hökuməti və hazırlanan teraktın qurbanına çevrilməli olan qrup – İran xalqının mücahidlər Təşkilatı və yaxud Mucahidini-Xəlq 1979-cu il İslam inqilabı dönəmindən düşməndirlər. Bu təşkilat hakimiyyət uğrunda çarpışan fraksiyalardan biri olub və ayətullah Ruhulla Xomeyniyə sadiq güclərlə qanlı mübarizədə uduzandan sonra ölkəni tərk etməli olub, amma İran daxilində yenə də gizli tərəfdarları qalıblar. ABŞ hökuməti 1997-ci ildən administrasiyanın Mucahidini-Xəlqi terrorçu təşkilatlar siyahısından çıxardığı 2012-ci ilə qədər onun üzvlərini terrorçu sayıb.

38 yaşlı cənab Səduni, təxminən, 10 il qabaq İrandan getdikdən sonra Mucahidini-Xəlqin üzvü kimi Belçikada siyasi sığınacaq alıb. O, Qərbə tez uyğunlaşıb, rok musiqiylə maraqlanmağa və onu tanıyanların dedikləri kimi, başdan-ayağa qara geyinməyə başlayıb. “Rammstein” və “Pink Floyd” onun sevdiyi qruplar idi.

İnternetin sayəsində onun İranda hovuzda işləyən xanım Nəmiylə münasibəti başlanıb. Xanım Nəmi sonralar Belçikaya gəlib və cənab Səduniyə ərə gedib.

Cənab Əsədi bir neçə il qabaq uydurma Daniel adıyla cənab Səduniyə yaxınlaşıb və bildirib ki, İran kəşfiyyatının agentidir və Mucahidini-Xəlq haqda məlumat toplayır.

Cənab Əsədi “İranın Vyanadakı səfirliyində anlaşılmaz üçüncü müşavir” vəzifəsini tutsa da, Fransa məmurlarının sözlərinə görə, İranın möhkəm əqidəli mühafizəkarların başçılıq etdikləri və İranın ali lideri Əli Xamnəidən tez-tez əmr alan kəşfiyyat nazirliynə işləyib. Cənab Səduninin tanıyan adam məlumat verib ki, cənab Əsədi kəşfiyyat məlumatlarına görə min avro ödəməyə hazır idi və cənab Səduni imtina edəcəyi halda İranda qalmış ailə üzvlərinə çoxlu pislik etmək hədəsi gəlib.

Cənab Səduni və xanım Nəmi 2014-dən başlayaraq Mucahidini-Xəlqin toplantılarına daim gedib və cənab Əsədiylə Avropanın müxtəlif şəhərlərində görüşərək ona müntəzəm məlumat ötürüblər. İnformasiya qaynağı cənab Səduni olsa da, cənab Əsədi tələb edib ki, xanım Nəmi onu hər yerdə müşayiət etsin.

Onlar bəzən Vyanaya gedir və izlənmədiklərinə əmin olmaq üçün əvvəlcədən xeyli qatar dəyişməklə cənab Əsədiylə qatarda görüşürdülər – bu haqda ailə cütlüyünün tanışları danışıblar. Cənab Səduni toplanmış məlumatı ötürüb, cənab Əsədidən yeni göstərişlər alıb və pulla dolu çantalarla gedib.

Bu pullar ər-arvada olduqca rahat həyat sürmək imkanı verib. Cənab Səduni dedikcə qəribə yerlərdə, xanım Nəmi isə paltaryuma müəssisəsində işləyib. Ər-arvad bir neçə il qabaq ayrılarkən özəl mənzil və avtomobilə sahib olmaqla ayrıca yaşamaq imkanları olub. Cənab Səduni həmin il Antverpendə “Pink Floyd”dan Rocer Uotersi dinləmək üçün biletə 400 avrodan çox ödəyib.

Cənab Səduninin fikrincə, cənab Əsədinin Mucahidini-Xəlqin içində çoxlu agenti var. Cənab Əsədi Mucahidini-Xəlqin toplantıları haqda onu sorğulayaraq, onu sözlərinə görə, həmin toplantılara qatılan adamların fotolarını göstərib, amma cənab Səduni onların adlarını çəkməyib. Mucahidini-Xəlqin təmsilçisi Şahin Qubadi məlumat verib ki, cənab Səduni və xanım Nəmi bu qrupun üzvüydülər, amma ən sadiq üzvlər sırasına daxil deyildilər.

Ər-arvad cənab Əsədinin əmriylə İranın müxalif qruplaşmalarının Mucahidini-Xəlqin Paris yaxınlığında təşkil etdiyi illik toplantılarına müntəzəm qatılmağa başlayıb. Amerika və Avropanın İrana münasibətdə sərt mövqe tutan keçmiş məmurları, o cümlədən cənab Culiani və Con Bolton bu toplantılarda tez-tez çıxış ediblər. Onlar indi cənab Trampın yaxın çevrəsinin üzvüdürlər və cənab Bolton milli təhlükəsizlik üzrə müşavir vəzifəsini tutur.

Cənab Ridel deyir: “Əminəm, iranlılar Culiani, Bolton və başqalarının Mucahidini-Xəlq qrupunu açıq dəstəklədiklərini görəndə ciddi narahat olurlar”.

İran rejimi bu il kütləvi etirazlarla üzləşib və bunun qızışdırılmasında Mucahidini-Xəlqi ittiham edir – bu haqda qrupun təmsilçiləri məlumat veriblər.

Cənab Əsədi 30 iyun konfransına bir neçə gün qalmış cənab Səduni və xanım Nəmini Lüksemburqa çağırıb. Cənab Əsədi zərfi xanım Nəminin çantasına qoyub – bunu bu cütlüyün tanışları danışıblar. Onların sözlərinə görə, ər-arvad sonralar müstəntiqlərə məlumat verib ki, cənab Əsədi onlara izah edib ki, zərfin içində taraqqa kimi ucadan və kəskin səs verən, amma heç kimə ziyan vurmayan qurğu var…

Tərcümə Strateq.az-ındır.

Loading...

QALEREYA