İRAN NƏDİR?

  • 2019-04-13 14:15:21
  • |
  • Region /

İRAN NƏDİR?

Ənvər Börüsoya

Bu qəribə ölkə dünya tarixində tamamilə unikal bir hadisədir. Onun 3000 illik tarixi yekdilliklə tərsinə öyrənilib, tərsinə yozulub, tərsinə təsvir olunub, tərsinə də tanınıb. X cildlik nəhəng bir poeziya monstrı əcaib yalanlar və cəfəngiyyatlar dastanı, nəhəng saxtakarlıq eposu tamamilə qəlp ola-ola bütün dünyada xalis qızıl pul kimi qəbul və təbliğ olunur. Çünki I Pyotrdan bəri Rusiya imperiyası kapitalizm ya sosializm olsun - fərqi yoxdur, bütün dünyaya fars xalqını böyük, parlaq sivilizasiya və dövlətlərinin yaradıcısı və qəhrəmanlıq tarixinin sahibi kimi sırımış və sırıyır.

Bütün dünyada bu dağ boyda yalan bütün salnamələrində və ensiklopediyalarında elə-belə də həqiqət kimi təbliğ və tədris olunur. Necə ki, sovet imperiyası alman nasizminin öldürücü zərbələrindən taqətsiz halda yerə sərilib can verəndə onu Ruzvelt və Çörçill xilas edib ayağa qaldırdılar. Üstəlik, Stalin - bu keçmiş gürcü kintosu həmin Ruzveltlə Çörçilli qabağında meymun kimi oynadıb nə istəyir, onlara elətdirdi.

Avropa ölkələri İranın rus təqdimatını ruslar necə istəyirsə, eləcə də dünya tarixinə həkk etdilər.

Deyə bilərsiz ki bəs Əhəməni və Sasani imperiyası? Bilicilər yaxşı bilir ki, həmin imperiyaların yalnız imperatorları – yəni şahənşahları və onların yaxın ətrafı fars idilər. Bütün qalanlar ətrafın cəngavər sərkərdələri axmaq türk xalqlarından, türk qəhrəmanlarından ibarət idilər. Bütün ordu və onların generalları Azərbaycan türkləri idi və Kirin, Kserksin, Daranın, Kambizin və digərlərinin əlində oyuncaq kimi hara lazımdır ora gönədrilirdilər. Əlbəttə, bu şahlar dahi idilər. Amma nədə? Yalnız və yalnız iki şeydə. HİYLƏ VƏ YALAN! Bu cəhətdən onların dünya tarixində tay-bərabərləri yox idi, əgər Putini saymasaq.

Uzun əsrlər bu ölkə Persia adlandı – yəni farslar ölkəsi. Amma heç kim, hətta AMEA-nın tarix institutunun bi nəfər akademiki də bilmir ki, bu Persia nədir və perslər kimdirlər.

Bəli, onlar bir etnik toplum idilər ki, yazda bir yuvadan yüz min qarışqanın birdən-birə torpağın üstünə çıxıb peyda olması kimi onlar da hardansa Hindistan tərəfindən gəlib keçilməz yerlərdnə keçə-keçə müasir İranın şərqinə çıxdılar. Onlar ibtidai dil olmaqla demək olar ki, əllə danışırdılar. Yəni bu dərəcədə hər cür mədəniyyətdən tamamilə xəbərsiz idilər. Necə ki, VIII-IX əsrlərdə vikinqlər ilk dəfə Novqorod ətrafındakı meşələrdə rast gəldikləri və sonralar ruslar adlanan bir xalq kimi. Haşiyədən kənara çıxıb qeyd edək ki, F.Simokatta VIII əsrin əvvəllərində yazırdı ki, ilk dəfə Bizanslıların əlinə keçən rus “siz kimsiz, nə ilə məşğulsuz” suallarına cavab vermişdi ki, meşələrdə yaşayıb balıq və təbiət nemətlərindən başqa nəinki heç bir qida, nəinki heç bir mədəniyyət nümunəsi bilmirik, hətta bir-birimizlə işarələrlə danışırıq. Bunu Simokattanın “Tarix” kitabında oxuya bilərsiz. Və sonralar perslər (farslar) adlanan bu qarışqaya bənzər kütlə də belə idi və ən xarakterik xüsusiyyətləri də qorxaqlıq idi. Onlar daha irəli – Midiya torpaqlarına tərəf gedə bilməyərək həmin şərqi İranın kimsəsiz, cansız yarımsəhralarında məskən salıb özlərinə tək-tük yerlilərin ərazini adlandırdığı kimi adlandırdılar. Həmin yerlərin – yarımsəhraların adı isə Persia idi. Və oranın adını ad götürdülər.

Beləliklə, bir neçə yüz il ərzində yavaş-yavaş Midiyaya doğru hərəkət edən bu perslər e.ə VI yüzillikdə artıq harınlıqdan bir etnos kimi son illərini yaşayan Midiyanın içərilərinə girdilər və hər yerdə onlara kənizlik və nökərlik etməyə başladılar. Bütün bunlar danılmaz tarixdir və yalnız və yalnız XVIII-XIX yüzilliklərdə yaşayan və XVI əsrdə böyük Şardenin səyahət kitablarında qələmə alınan böyük fransız tarixçiləri və Elize Reklyu kimi mütəfəkkirləri tərəfindən qələmə alınmışdır ki, bizim tarix institutunda hələ də adlarını belə, bilən yoxdur. Mən həmin akademiklərə həmin cəsarətli fransız mütəfəkkirlərinin bildiyi həqiqətlərdən məmnuniyyətlə danışa bilərdim. Amma kütbeyinlikləri onlara bu imkanı vermir.

Xülasə, Əhəməni və Sasani imperiyaları dövründə tamamilə bugünkü camaatımız kimi, millətimiz ki deqradasiyaya uğrayan Azərbaycan türklərini ərəblər gəlib Sasani monstr-şahənşahlarının pəncəsindən qurtaranda doğrudur, Babək adlı fövqəladə bir nüsxəmiz 22 il qəhrəmanlıq epopeyası yazdı. Lakin faydası yox idi. Çünki 300 il əhəmənilər, 400 il də sasanilər xalqımızı o günə qoymamışdılar ki, bir də ayağa qalxıb Kiaksarın Midiya türkləri kimi qüdrətli bir millətə çevrilsinlər. Ona görə VII əsrdən sonra ərəb və Avropa tarixçiləri nə qədər Midiya və Azərbaycana gəlib gəzdilərsə, hər yanda meymun kimi həmin perslərin – yəni farsların dilini təqlid edən özünə ana dili hesab edən (necə ki bugünkü Bakıda on minlərlə meymun analar övlad və uşaqlarını rus məktəblərinə göndərirlər və üstəlik özlərinə “russkoyazıçnıy” deyib fəxr də edirlər. Və bu arvadlar və qızlar və onların əsiri olan miskin mənəviyyatlı atalar nə rusdurlar – çünki rusların onlardan zəhləsi gedir, nə də azərbaycanlı) azərbaycanlı ailələr eynilə Nizami dövründəki İranın (Persia) türk şahları da farsca danışmaqla və fars dilini ana dili hesab etməklə ya özlərini xalqdan yüksək hesab edirdilər.

Doğrudur, o dövrdə də - Nizami dövründə də xalq öz qədim dilində - türk dilində danışırdı. Amma həmin farsdilli türk şahlarına xoş gəlmək üçün Nizami, Xaqani, Məhsətilər də həmin miskin farsların dilini özlərinə ana dili hesab edib o dildə yazıb-yaradaraq öz düşmənləri üçün ədəbiyyat və sivilizasiya yaratdılar. Xalq öz dilində, şahlar və əyanlar da nökərlərinin, ən yaxşı halda da Nizam-əl-mülk kimi vəzirlərinin dilində danışırdılar. Bütün avropalılar gəlib bunu görürdülər və bu səyyahlar axı xalqla deyil, hakimiyyət nümayəndələri ilə şah, vəzir, vəkillərlə görüşürdülər. Onlarda belə təəssürat yaranırdı ki, bu xalqların hamısı farsdilli xalqdır və bu yerlərdə heç bir türk-zad yoxdur. Bir neçə əsr belə davam elədi. Hətta sonralar Nəsimi, Füzuli, Xətai və başqaları türkcə divanlar yaratsalar da, artıq gec idi. İş o yerə çıxmışdı ki, alman dahisi Höte “Qərb və şərq” divanında Firdovsi, Hafiz və Sədilərdən başqa (eləcə də onlardan biri kimi Nizami) heç kimdən danışmır. Çünki Molla Pənah Vaqifə qədər təmiz türk dilində demək olar ki, yazı yazan yox idi.

(Ardı var)

Əlisa NİCAT

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA