İRAN NƏDİR? - ll HİSSƏ

  • 2019-04-17 14:25:23
  • |
  • Region /

İRAN NƏDİR? - ll HİSSƏ

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/iran_ndir)

Hacı Zeynalabdin Şirvanilər, Səfiəddin Urməvilər, Əbdülqadir Marağayilər, Tusilər ətrafda bir nəfər fars olmaya-olmaya öz dillərini qoyub fars dilində çox qiymətli əsərlər yadigar qoyanda yazıq Avropa neyləsin? Hara əlini atır, farsca. Bu da çox güman ki, bir tərəfdən də ona görə belə olub ki, taxt-tac sahiblərimiz farsca danışıblar. Nəyə görə, bilmək olmur.

Nəhayət, qeyd etdiyimiz kimi Molla Pənah Vaqif, onun dostu, qoca Molla Vəli Vidadi bu ənənyə son qoysalar da, Mirzə Fətəli Axundov kimi Avropa səviyyəli dahimz də nə yaxşı ki yalnız bir traktatını farsca yazdı. Ən əsası odur ki, dahiyanə komediyalarını və hekayəsini doğma xalq dilində yazıb nəinki ədəbiyyatımızı xalqa qovuşdurdu, nəinki milli ədəbiyyatımızı yaratdı, eyni zamanda milli düşüncəmizin, milli xarakterimizin təbiətini, mahiyyətini açıb göstərdi. Məlum oldu ki, biz sadəlövh, ürəyitəmiz, lakin on min illər qabaqkı səviyyədə avam və tamahkar məxluqlarıq. O dərəcədə tamahkar ki, heç bir ağıllı söz, ağıllı məsləhət nəinki qulağımıza çatmır, ümumiyyətlə bu cür müdriklərimizə az qala nifrət edir, onları az qala dəli hesab edirik.

Bəla və faciə burasındadır ki, Mirzə Fətəlinin bu misilsiz dərəcədə kamil və qüdrətli komediya və pyeslərini yaratdığı dövrdən 170 il keçməsinə baxmayar, tamamilə necə olmuşuqsa, o cür də qalırıq. Yalnız bir fərqlə. Tamahkarlıq, acgözlük iki-üç dəfə artıb. İş o yerə çatıb ki, ağlı olanların savadı və təfəkkürü olanların böyük əksəriyyəti də yalançı hakimiyyət sahiblərinin əlində marionetkaya çevriliblər. Onlara nə istəyirlər, onu da dedizdirirlər. Əgər xalqın önündə getməli olanlar bu cürdürsə, xalqın özü, kütlə hansı səviyyədə olar, özünüz təsəvvür edin.

Mətləbdən kənara çıxmayaq. Söhbətimiz bütün Avropanın, bütün Rusiya çarlarının və prezidentlərinin, hətta göydə Allahı və onun ayətollalarını da ələ alan İran – fars hiyləgərlik fenomenlərinin 30-40 milyonluq güney azərbaycan türklərini tamamilə qoyun sürüsü həddinə endirib qoyun sürüsü şəklində saxlamalarıdır. Quzey azərbaycanlıları qoyun edilib millət adlandırılıb, güney Azərbaycanda isə nəinki millət, hətta xalq da adlandırılmır və “məhəlle” kimi möhürlənib hətta boyunlarına qoymaq istəyirlər ki, danışdığınız türk dili də sizin ana diliniz deyil və hamınız fars olmusuz, sonradan türkləşibsiz. Biri də demir ki, ay əbləh, bizim şahlar, hökmdarlar əsrlər boyu sizin dilinizdə danışa-danışa biz fars ikən kim bizi türkdilli edib? Dili də delə asanlıqla dəyişmək olar ki, onun kökündən sərçə sözündən başqa bircə dənə də əsli qlmasın? Sonradan şairlərimiz dilimizə qatdığı sözlərin məsələyə dəxli yoxdur. Əgər biz farsdilli olsaydıq, on min illərlə qabaq yaranmış insan bədəninin üzvlərinin heç olmasa bircəsinin adı farsca olardı. Halbuki, üz, göz, qaş saç, alın, burun, dil, diş, dodaq və s. yüzlərlə sözün hamısı minilliklərdən keçib gələn təmiz türk sözləridir ki, farslar İrana gəlməmişdən min illərlə qabaq dilimizdə var idi.

İdiotizm o dərəcədə alim və xüsusilə ədəbiyyatçılarımızı pis günə qoyub ki, Firdovsinin tamammilə cəfəng nağıl və goplardan ibarət “Şahnamə” adında antitürk dastanı Azərbaycan Elmlər Akademiyası ədəbiyyat institutu tərəfindən bir kiloqram qızıl suyu bahasına elə nəfis şəkildə çap olunmuşdur ki, adamın ağzı açıla qalır. Bunu görən farslar qarınlarını tutub qəşş edərək deyirlər ki, “ey torki-xərəstlər (türk eşşəkləri), əhsən sizin kəramətinizə, sağ olun ki sizi eşşək adlandıranların sözünə bu cür sədaqətlə haqq qazandırırsız.”

Mən bu kitabı mağazada görəndə quruyub qaldım. Hansı xalq ona eşşək deyilən bir kitabı dilinə çevirib bu qədər nəfis şəkildə çap edər?

Rəşadətli Şah İsmayıl və onun nəticəsi bəsirətsiz şah Abbas tamam bir-birinin əksi olan işlər gördülər. Bir şeyə xoşum gəlir ki, Mirzə Fətəlinin lənətlədiyi şah Abbas Fətəli şah Nəsrəddin şah, Məhəmmədəli şah və başqaları kimi şah sözünü farslarda olduğu kimi adlarından sonra yox, əvvəldə yazıblar. Ona görə mən heç zaman sevdiyim Nadirin adını Nadir şah, deyil, şah Nadir yazıram, necə ki, Şah İsmayıl və şah Abbas.

İdiotizm hər iki tərəfdə o qədər beyinləri kəc edib ki, sel gəlib evləri aparır, oğuluşaqlar qırılır, ata-analar isə vəzifəsi bu cür hadisələrə yol verməmək olan hakimiyyət sahiblərinin canına dua edirlər. Bir növ oğul-uşaqlarının qatillərinə beş-on min pul əvəzində uzun ömür arzulayırlar. Dünyanın hansı yerində bu qədər ləyaqətsizlik və mütiliklə rastlaşmaq olar?

Nə qədər acı olsa da, deməliyik ki, müasir İran dövləti və şiə ideologiyası tamamilə Azərbaycan kütbeyinliyinin abidəsidir. Bu bizim milli ləyaqətsizliyimiz məhsuludur. Çünki əsrlər boyu molla məktəblərində uşaqlarımız sərfəli yalan sərf etməyən həqiqətdən yaxşıdır – deyən Sədinin şeirləri ilə formalaşıb və bu xarakter xalqımızın hüceyrələrinə - neyronalrına hopub. Bu gün çöldə, ətrafda, ölkədə həyat bir cürdür, qəzetlərimiz, radio və televiziyalarımız, jurnalist və şairlərimiz və nəhayət siyasətçilərimiz tamam başqa şey danışırlar. Çünki sərf etməyən həqiqət heç kimin xoşuna gəlmir və heç kim həmin həqiqətləri dilinə gətirməyə cürət etmir. Əlbəttə, tək-tək istisnalar var. Onlar da təbii olaraq çox ehtiyatla, qorxa-qorxa, dala-qabağa baxa-baxa nəsə deyirlər.

Bəli, lənətə gəlmiş, yazıq Cəfər Cabbarlının fəryad etdiyi altun, pul nəinki ölkəmizdə, hətta Rusiyada da, Avropada da bizi hörmətsiz, ləyaqətsiz, şəxsiyyətsiz bir millətin nümayəndələrinə çevirib. İş gör hara çatıb ki, dılğır erməninin hərbi naziri, baş naziri bizə hədə-qorxu gəlir və bizim xarici işlər nazirimiz ona o qədər miskin bir cavab verir ki, yalnız onu başa düşmək olur ermənilər bizi işğal ediblər. Gör nə günə qalmışıq ki, min illərlə farsdan sonra dünyanın ən qorxaq, ən dılğır bir millətini Elmar Məmmədyarov işğalçı adlandırıb məzlum-məzlum şikayət edir. Pah atonnan! Erməninin də işğal etdiyi millət olarmış. Bu yerdə qədim bir təmsil yadıma düşdü: “Bir gün dovşanlar – yəni bir növ ermənilər deyirlər ki, hamı gəlib bizi əzir, döyür, qovur, bu nə yaşamaqdır. Gəlin gedək özümü ataq gölə, boğulaq canımız birdəfəlik qurtarsın. Və hamılıqla yaxındakı gölə tərəf qaçırlar. Gəlib gölə yaxınlaşanda bir dəstə qurbağa qorxub şappıltı ilə özlərin gölə atır. Dovşanlar təəccüblər deyirlər: Pah atonnan, sən demə bizdən də qorxanlar varmış. Daha niyə özümüzü atıb öldürək? Gedək yaşayaq.” İndi ermənilər bizimkilərin iftixarla, fəxrlə etiraf etdikləri hər işğalçı sözündən (guya biz onları rüsvay edirik) ləzzət alıb ruh yüksəkliyi hiss edirlər. Deməli onların da qalib gəldiyi bir xalq var imiş. Amma yəqin daxillərində bilirlər ki, əsas heç bir işğalçılıq-zad olmayıb.

Eləcə də farslar 1925-ci ildən bəri hey Allaha dua edib deyirlər ki, nə yaxşı ki, İranda min illərlə torki-xərəstlər hökmranlıq ediblər. Başqaları olsaydı, bizim kimi qorxaqlar (tarixdə xalq fars qəhrəmanı olmayıb) nə hakimiyyətə gələ bilər, nə də şiəlik ideologiyasını yarada bilərdik. Necə ki, ermənilər bizə dua edirlər – nə yaxşı ki, qonşularımız bu maymaq azərbaycanlılardı ki, Türkiyədən qovulub burada ordan da gözəl vətən əldə etdik.

Bəli, yaşasın fars-erməni və rus dostluğu! Necə ki, Bakıda on minlərlə arvadlarımız evlərində və elə çöldə də səhərdən-axşamadək rusca danışıb ermənicə davranırlar.

Əlisa NİCAT

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA