İran nüvə müqaviləsi üzrə öhdəliklərini DAYANDIRDI! - Trampın razılaşmadan imtinasından bir il sonra

  • 2019-05-15 11:40:02
  • |
  • Aktual /

İran nüvə müqaviləsi üzrə öhdəliklərini DAYANDIRDI! - Trampın razılaşmadan imtinasından bir il sonra

Hurriyyet.org xəbər verir ki, İran nüvə müqaviləsi çərçivəsindəki bəzi öhdəliklərə əməl eləməyi rəsmi şəkildə dayandırıb. İranlı Tələbələr Xəbər Agentliyinin (İSNA) bildirdiyinə görə, Milli Təhlükəsizlik Şurası nüvə razılaşmasının bəzi öhdəliklərini rəsmi olaraq dayandırdığını bildirib. Ötən həftə İran prezidenti Həsən Ruhani 60 gün sonra İranın nüvə müqaviləsinə əməl eləməsinin miqyasının azaldılacağını, uranın zənginləşmə səviyyəsini artıracaqlarını, nüvə müqaviləsinin yenidən BMT TŞ-yə göndəriləcəyi şəkildə sərt reaksiya verəcəklərini söyləmişdi.

İran razılaşmanın 26-cı və 36-cı maddələrinə istinad edir

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə ildə imzalanan nüvə müqaviləsinə görə, Tehran uranı 3,67 faiz qədərində zənginləşdirə bilər. Müqaviləyə görə, İran ən çox 300 kq uranimə malik ola, bundan artıq olan uranı isə beynəlxalq bazarda sataraq qarşılığında təbii uran ala bilər. Müaviləyə görə, İran ağır su ehtiyatını 130 tondan aşağı saxlamalıdır və bundan artığını xaricə satmalıdır.

İran nüvə müqaviləsinin mətnində “Sanksiyaların yenidən tətbiq ediləcəyi təqdirdə, yaxud da tərəflərdən birinin müavilədəki öhdəliklərini yerinə yetirməyəcəyi halda İranın nüvə müqaviləsi öhdəliklərini tamamilə, ya da qismən dayandırıla biləcəyi” yazılan 26 və 36-cı maddələrə əsaslandığını bildirir.

Bəlli olduğu kimi, ABŞ hakimiyyəti 2018-ci ilin mayında İranla nüvə müqaviləsindən birtərəfli şəildə imtina edərək, İrana qarşı sanksiyaları yenidən tətbiq eləməyə başlamışdı.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA