İRAN QADAĞAN ETDİ - İKİNCİ QƏRARA QƏDƏR...

  • 2018-07-07 12:44:57
  • |
  • Region /

İRAN QADAĞAN ETDİ - İKİNCİ QƏRARA QƏDƏR...

Hurriyyet.org xəbər verir ki, İran 18 adda kənd təsərrüfatı məhsulunun ixracatını qadağan edib. Gömrük idarəsi növbəti qərara qədər bu məhsulların ölkədən çıxarılmasının yasaqlandığını bildirib.

İranın yarımrəsmi informasiya agentliyi olan “Mehr”in xəbərinə görə İran Gömrük İdarəsi un, buğda, qarğıdalı və arpa da daxil olmaqla, ümumilikdə 18 adda kənd təsərrüfatı məhsulunun ixracatının qadağan edildiyini və qadağanın ikinci qərara qədər qüvvədə olduğunu bildirib.

İranı Gömrük İdarəsinin müdiri Əli Əkbər Şademani bu qadağanın ölkə ərazisindəki bütün gömrük məntəqələrində tətbiq ediləcəyini bəyan edib.

Qərarın səbəbi ilə bağlı məlumat verilməyib.

Hurriyyet.org

Loading...

QALEREYA