İRAN QÜVVƏLƏRİ DƏ VURULDU!

İRAN QÜVVƏLƏRİ DƏ VURULDU!

ABŞ-ın Suriyaya hücumu zamanı "Hizbullah" döyüşçüləri ilə Deradakı İran qüvvələri də vurulub

Hurriyyet.org xəbər verir ki, ABŞ, İngiltərə və Fransanın atdıqları raketlərin vurduğu hərbi məntəqələr arasında Kuseyrdəki "Hizbullah" döyüşçüləri ilə Deradakı İran qüvvələri də vardır.

Bu gecə müttəfiqlər Suriyanın paytaxtı Dəməşq ilə birlikdə Hama, Humus, Dera və Süveyda rayonlarındakı hərbi məntəqələri bombalayıb.

“Anadolu Agentliyi”nin müxbirinin yerli mənbələrdən aldığı məlumata görə, ABŞ prezidenti Donald Trampın bəyan elədiyi hücum zamanı ilk mərhələdə Dəməşqdəki Respublika Mühafizəçiləri, Dumeyr hava limanı, Dəməşq Beynəlxalq Hava Limanı ətrafı, Cemeyrə Elmi Araşdırmalar Mərkəzi, Kasyun dağındakı hava hücumundan müdafiə sistemləri, Kisve və Kalamun bölgələrindəki hərbi nöqtələr vurulub.

ABŞ, İngiltərə və Fransa qüvvələri Suriya dövlətinin nəzarətində olan Hama rayonunda hava limanına, Humus rayonunun Kuseyr bölgəsində "Hizbullah" qüvvələrinə, Derada 89-cu Briqada adlanan İran qüvvələrinə və bəzi hərbi məntəqələrə, Suveyda rayonunda Halhalaya, Dera rayonunun İzra bölgəsindəki hədəflərə hücum edib.

Suriya mətbuatı hava hücumundan müdafiə sistemlərinin hücumlara cavab verərək, bəzi raketləri havada məhv elədiyini bildirib.

Hurriyyet.org

Loading...

QALEREYA