“İran sanksiyalara uzun müddət tab gətirə bilməyəcək” - İQTİSADÇI

“İran sanksiyalara uzun müddət tab gətirə bilməyəcək” - İQTİSADÇI

Samir Əliyev: “Qızıl kriptovalyuta necə olacaq?”

İran hökuməti 4 yerli bankla birgə PayMon milli kriptovalyutasını buraxıb. Bu kriptovalyuta qızıl ehtiyatları ilə təmin olunacaq. İlkin mərhələdə 1 milyard token PayMon buraxılması qərara alınıb., İranın qızıl kriptovalyutası üzərində Parsian Bank, Bank Pasargad, Bank Melli İran və Bank Mellat işləyib.

İran hökuməti bəyan edib ki, kriptovalyuta beynəlxalq sanksiyalardan yayınmağa və bununla da iqtisadiyyata mənfi təsirləri azaltmağa kömək edəcək. Qızıl kripvalyuta SVİFT beynəlxalq sisteminin İran üçün söndürülməsinin ölkə iqtisadiyyatına neqativ təsirini azaltmaq üçün istifadə olunacaq.

Bundan başqa, İran ABŞ-ın sanksiyalarına görə hicri təqvimi ilə 1398-ci (2019-cu ilin 21 martından başlayacaq) maliyyə ili üzrə büdcə qanun layihəsini təkrar müzakirəyə çıxararaq yenidən tərtib edəcək. Bu barədə məlumat verən İran parlamentinin sədri Əli Laricani bildirib ki, hökumətdə ixtisarlar aparmaq və bürokratik yüklərdən azad olmaq lazımdır.

“İran iqtisadiyatının özünün struktur problemləri var”

Sanksiyalara qarşı İranın 1 milyard kriptovalyuta buraxmasını şərh edən iqtisadçı ekspert Samir Əliyev “Hürriyyət”ə belə dedi : “Mən düşünmürəm ki, bu addım ciddi təsir göstərəcək. Düzdür, Amerikadan fərqli olaraq Avropa Birliyi çalışır ki, İranla əlaqələrini saxlasın. Söhbət neftdən gedir. Amma göründüyü kimi, Amerikanın dünya iqtisadiyyatına təsiri çox güclüdür. Burada söhbət bank sektorundan gedir. Xüsusilə də əməliyyatlara Amerika güclü nəzarət edir. Düzdür, Avropanın alternativ bir SVİFT sistemi var, hansısa bank əməliyyatları onun əsasında aparılır. İstəyirlər ki, İran üçün də alternativ bir SVİFT sistemi yaratsınlar. Amma bunun reallaşması hələ ki, bu gün sual altındadır. Əlbəttə, İrana qarşı sanksiyalar davam edir. Əvvala, İran iqtisadiyatının özünün struktur problemləri var. Hətta bu sanksiya olmasa belə, İran iqtisadiyyatı bu gün dünya iqtisadiyyatı ilə rəqabət aparmaq gücündə deyil. Sanksiyalar bunu daha da çətinləşdirir. Kriptovalyuta buraxmaq nəyə əsaslanır, bu necə idarə olunacaq, bilinmir. Bilirsiniz ki, Venesula da anoloji addımı atmağa başladı. Mən düşünmürəm ki, bunun ciddi bir faydası olacaq. Hər bir halda məlumat qıtlığı var. Yəni bu kriptovalyutanın özü nədir? Bu, bitkoin kimi olacaq, yoxsa sadəcə bir elektron valyutadır? Amma iqtisadiyyata bağlı olduğundan mən düşünmürəm ki, İranın bu valyutası hansısa bir fayda versin. Hər bir halda yaşayarıq, görərik”.

“Bunu Mərkəzi Bank tənzimləyəcəksə, bunun tüməndən, rialdan fərqi nə olacaq?”

“Əslində onun özü də yaxşı sualdır ki, bu kriptovalyuta nə üçündür? Bir var denominasiya edə, öz valyutasının sıfırlarını ata. Bilirsiniz ki, dollara nisbətdə İran pulu xeyli ucuzlaşdı. Bizdə 2006-cı ildə necə denominasiya oldu, sıfırlar atıldı. Düzdür, bizdə birin beş minə idi. Yəni biri var denominasiya, bu, aydın oldu, bir də kriptovalyuta var. Kriptovalyuta necə tənzimlənir? Bunu İranın Mərkəzi Bankı tənzimləyəcək? Bunu Mərkəzi Bank tənzimləyəcəksə, bunun tüməndən, rialdan fərqi nə olacaq? Qızıl kriptovalyuta sözü də mənə aydın deyil. Kriptovalyuta virtual valyutadır. Yəni onun arxasında qızıl dayanırmı? Bu suallar mənə qeyri-müəyyəndir. Yəni qızıl sözü ilə kriptovalyuta bir-birinə uyuşmur. Qızıl kriptovalyuta necə olacaq? Yəni hər kriptovalyutanın arxasında müəyyən məbləğdə qızıl dayanacaqmı? Qızılı varsa, elə onu öz valyutasına tətbiq etsin də, kriptovalyutaya niyə tətbiq edir? Açığı, bu məlumat mənim üçün şübhəli gəlir, tam aydın deyil. Ona görə, mənə bununla bağlı tam qiymət vermək də çətindir”,-deyə iqtisadçı qeyd etdi.

“İran özünü hansısa formada sanksiyalardan qorumaq istəyir”

“İran hökuməti büdcə layihəsini yenidən nəzərdən keçirməklə, sanksiyaların təsirini azalada biləcəkmi” sualına S. Əliyev belə cavab verdi: “İran sanksiyalardan asılı olaraq, məcburdur ki, öz iqtisadi siyasətinə dəyişiklik etsin və sanksiyalar artdıqca hökumətin manevr imkanı daha da məhdudlaşır. Əgər ölkəyə valyuta gəlmirsə, bu halda valyutanı saxlamaq çox çətin olacaq. İran təkcə qapalı ölkə deyil, həm də neft ölkəsidir. Yəni neftdən aslı ölkədir. Əgər o öz neftini sata bilmirsə, deməli, ölkəyə valyuta gəlmir. Valyuta gəlmirsə, ölkədə valyuta bahalaşır, devalvasiya olur. Devalvasiya olursa, qiymətlər qalxır. Düzdür, Azərbaycandan fərqli olaraq İranda yerli istehsal daha çoxdur, amma bu gün heç bir ölkə idaxaldan asılılığı dayandırmayıb. İran da həmçinin idxaldan asılıdır. İdaxaldan asılı o deməkdir ki, milli valyuta ucuzlaşırsa, devalvasiyaya uğrayırsa, deməli, xaricdən gələn mallar da bahalaşır. Xaricdən gələn mallar da bahalaşanda ölkədə əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir. Yəni bunlar hamısı bir-birinə bağlı olan məsələlərdir. Baxır, İran büdcədə nəyi dəyişəcək, qapalı ölkədir, məlumatları almaq olmur. Dəyişikliklər nədən ibarət olacaq, bunlar hamısı suallar doğurur. Hər bir halda, sanksiyalardan doğan addımlardır. İran özünü hansısa formada bu sanksiyalardan qorumaq istəyir”.

Картинки по запросу Bank Pasargad

“Sanksiyalar əvvəl-axır istənilən ölkənin iqtisadiyyatını çökdürür”

“Sanksiyalara nisbətdə İran iqtisadiyyatının gücünü necə qiymətləndirirsiniz” sualına gəlincə, S. Əliyev bildirdi ki, İran oturuşmuş, ənənələri olan ölkədir, pis-yaxşı özünün daxili istehsalı var: “Amma bu gün heç bir ölkə sanksiyalara tab gətiə bilməz. Bunun zamana ehtiyacı var. Bu, qısamüddətli, uzunmüddətli ola bilər. Sanksiyaların həcmindən asılı ola bilər ki, hansı sahələri əhatə edir. Yəni ondan asılı olaraq bu müddət uzana bilər. Amma sanksiyalar əvvəl-axır istənilən ölkənin iqtisadiyyatını çökdürür və bununla da ölkədə siyasi sistem çökür. Mən düşünmürəm ki, İran uzun müddət sanksiyalara tab gətirsin”.

“İndiki səviyyədə sanksiyalar olmadığından İran uzunmüddət tab gətirib”.

“Amma Amerika 40 ildir İrana sanksiya tətbiq edir, siyasi sistem də fəaliyyətdədir” dedikdə S. Əliyev nəzərə çatdırdı ki, son 4-5 ildəki qədər İrana qarşı sanksiyalar olmayıb: “Yəni heç vaxtı neftin ixracında problem olmayıb. Ölkənin nəfəsi neftdir, neftə heç vaxt sanksiya tətbiq olunmayıb. 2011-ci ildən başlayarq bu sanksiyalar verilməyə başladı və bu da İran iqtisadiyyatına daha çox mənfi təsir göstərir. Düzdür, Obama hakimiyyətdən gedənə yaxın razılaşma oldu. İran müəyyən qədər vaxt uda bildi. Amma neft ixracı tam kəsilsə, İran sanksiyaya tab gətirə bilməz. 40 ildə ümumi sanskiyalar idi. İndiki səviyyədə sanksiyalar olmadığından İran uzunmüddət tab gətirib”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA