İran səfirliyi Tehranda keçirilən erməni olimpiadasından DANIŞDI

İran səfirliyi Tehranda keçirilən erməni olimpiadasından DANIŞDI

İranda keçirilən 51-ci erməni olimpiadasındaDağlıq Qarabağdan heç bir komanda iştirak etməyib.

Hurriyyet.org bildirir ki, bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Tehrandan aldığımız məlumata görə, bu oyunlarda Qarabağdan komanda iştirak etməyib", - diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan KİV-də Tehranda keçirilən erməni olimpiadasında Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan komandanın iştirak etməsi barədə məlumat yayılmışdı.