İran Səudiyyə Ərəbistanı və Bəhreyni "TOPA TUTDU"

  • 2019-04-10 18:38:28
  • |
  • Dünya /

İran Səudiyyə Ərəbistanı və Bəhreyni "TOPA TUTDU"

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın İnqilab Keşikçilərini terror siyahısına salmaq qərarını dəstəkləyən Səudiyyə Ərəbistanı və Bəhreyni İran tərəfindən terroru dəstəkləməkdə ittiham edilib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi yazılı açıqlamasında deyib: “Bəzi bölgə ölkələri gözlərini və qulaqlarını bağlayıb, regiondan kənar qüvvələrin söylədiklərini əməl eləməyə vərdiş ediblər”.

Səudiyyə Ərəbistanı ilə Bəhreyni nəzərdə tutan Qasımi deyib: “Bu iki ölkənin mövqeyi ABŞ-ın məcarəçılığının və strateji xətasının bölgənin sabitlik və təhlükəsizliyinə qarşı nəticələrindən xəbərsiz olduqlarını göstərir”. O, bu ölkələri regional və qlobal terroru dəstəkləməkdə ittiham edib.

Bəlli olduğu kimi ABŞ prezidenti Donald Tramp İran İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın xaricdəki terror təşkilatları siyahısına saldığını bəyan eləmişdi.

İranın Milli Təhlükəsizlik Şurası da bunun qarşılığında ABŞ Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına saldığını bildirmişdi.

Səudiyyə Ərəbistanı və Bəhreyn də ABŞ-ın qərarını dəstəkləmişdilər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA