İran şirkəti Şuşadakı məscidi bərpa edəcək? - XİN “xəbərimiz yoxdur” deyir

İran şirkəti Şuşadakı məscidi bərpa edəcək? - XİN “xəbərimiz yoxdur” deyir

İran “Part Saman Cahan” adlı yerli şirkətin Şuşa şəhərindəki “Gövhərağa” məscidinin bərpası işləri ilə məşğul olacağından məlumatsızdır.

Bu barədə APA-nın İran bürosuna açıqlamasında İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi deyib. “Bizdə “Gövhərağa” məscidinin bərpa işlərinin İran şirkəti tərəfində həyata keçiriləcəyinə dair məlumat yoxdur”, – deyə XİN rəsmisi bildirib.

APA-nın İran bürosunun araşdırmasına əsasən şirkətin rəhbəri kimi adı çəkilən Səid Nəhavəndi Ermənistanda memarlıq üzrə təhsil alıb.

Qeyd edək ki, Ermənistan mətbuatı Şuşa şəhərində “Gövhərağa” məscidinin bərpa ediləcəyini, bərpa işlərinin İranın “Part Saman Cahan” şirkəti tərəfindən həyata keçiriləcəyinə dair məlumat yayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA