“İran son raket sınaqları ilə BMT qərarlarına meydan oxudu” - POMPEO

  • 2019-02-08 17:24:36
  • |
  • Dünya /

“İran son raket sınaqları ilə BMT qərarlarına meydan oxudu” - POMPEO

Hurriyyet.org xəbər verir ki, ABŞ xarici işlər naziri Mayk Pompeo “Tvitter” hesabından verdiyi açıqlamada İranın ballistik raket imkanlarını inkişaf etdirməyə davam etdirməklə, BMT Təhlükəsizlik Şurasına meydan oxuduğunu söyləyib.

İran İslam İnqilabının 40-cı ildönümü münasibəti ilə iranlılar paytaxt Tehranda silah və hərbi sursat nümayişini keçirdiyi zaman İran, 1 350 km mənzilli raketin uğurla sınaqdan keçirildiyini bəyan edib. ABŞ İranın raket proqramından vaz keçməsi üçün daha sərt beynəlxalq məhdudiyyətlər qoymağa davam edəcəyini vurğulayıb.

Vaşinqton İranın yeni raket atmasının İran müqaviləsinin raket proqramını dayandırması məsələsində heç bir şey etmədiyini bildirərək, Tehranın beynəlxalq normalara məhəl qoymamasında cavab vermək lazım olduğunu vurğulayıb.

“Daha sərt beynəlxalq məhdudiyyətlər qoymalıyıq”

ABŞ xarici işlər naziri Mayk Pompeo “Tvitter” hesabından verdiyi açıqlamada deyilir: “İranın son raket sınağı, İran ilə nüvə müqaviləsinin heç bir işə yaramadığını göstərib. İran ballistik raket imkanlarını inkişaf etdirməyə davam edərək, BMT Təhlükəsizlik Şurasına meydan oxuyur. İranı raket proqramından vaz keçirmək üçün daha sərt beynəlxalq məhdiyyətlər qoymalıyıq”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA