İran uranın zənginləşdirilməsi ilə bağlı QƏRAR VERDİ

  • 2019-05-21 18:08:17
  • |
  • Region /

İran uranın zənginləşdirilməsi ilə bağlı QƏRAR VERDİ

Hurriyyet.org xəbər verir ki, İranın Atom və Enerji Nazirliyinin mətbuat katibi Bəhram Kamalundi Milli Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq uranın zənginləşdirilməsi səviyyəsinin dördqat artırıldığını açıqlayıb.

Natanz nüvə müəssisəsində mətbuat nümayəndələrinə açıqlama verən Kamlundi, nüvə müqaviləsinin bəzi öhdəliklərinin təxirə salınması üçün Avropaya verilən ultimatum çərçivəsində uranın zənginləşdirilməsi əmsalının 3,67-dən 4 qat artıq səviyyətə çıxarılacağını bildirib. O, İranın kifayət qədər səbr elədiyini və verilən qərarın hüquqi olduğunu deyib: “Bu qərar eyni zamanda qarşı tərəf üçün siyasətlərini dəyişdirmələri və yenidən nüvə müqaviləsinə qayıtmaları üçün bir fürsətdir”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA