İran və Türkiyə birgə hərəkət edəcəklər - "LAZIM GƏLƏRSƏ..."

  • 2018-11-20 15:26:25
  • |
  • Region /

İran və Türkiyə birgə hərəkət edəcəklər - "LAZIM GƏLƏRSƏ..."

Hurriyyet.org xəbər verir ki, İran və Türkiyə dövlətləri terror təşkilatlarına qarşı birgə əməliyyatlar keçirmək qərarına gəliblər.

İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqar Türkiyə ilə imzalanan razılaşmadan sonrakı çıxışında bildirib ki, lazım gəldiyi yerlərdə İran ilə Türkiyə terror təşkilatlarına qarşı birgə əməliyyatlar aparacaqlar.

Türkiyə ilə İranın Birgə İşçi Qrupunun 3-cü görüşündə iştirak eləmək üçün Tehrana yollanmış Türkiyə daxili işlər nazirinin müavini Muhterem İnce iranlı həmkarı Hüseyn Zülfüqar ilə birlikdə müxtəlif asayiş məsələlərini əhatə edən memorandum imzalayıb. İmzalama mərasimindən sonra birgə mətbuat konfransı keçirilib.

“Harada lazım gələrsə”

Aparılacaq birgə əməliyyatların PKK terror təşkilatını da əhatə edib-etməyəcəyi barəsində suala cavab verən Zülfüqari deyib: “Əməliyyatlar harada lazım gələrsə, orada aparılacaq. Bu, asayişi təhdid edən və terrorçu əməllərlə məşğul olan hər kəsi əhatə edir. Terror dövrü artıq bitmişdir. Kimin sözü vardırsa, bunu siyasi fəaliyyət çərçivəsində dilə gətirməlidir”.

Türkiyə daxili işlər nazirinin müavini Muhterem İnce yaxın günlərdə iki ölkənin daxili işlər nazirlərinin yaxın günlərdə görüşəcəklərini bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz