İrana casusluq edən keçmiş nazirə 11 il həbs cəzası verildi

  • 2019-02-26 18:57:06
  • |
  • Dünya /

İrana casusluq edən keçmiş nazirə 11 il həbs cəzası verildi

İsrailin keçmiş energetika və milli infrastruktur naziri Qonen Seqev İrana casusluqda günahkar bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Huriyyet.org report-a istinadən xəbər verir ki, ittiham aktına görə, sabiq nazir 2012-ci ildə Nigeriyada yaşayarkən İran kəşfiyyatı ilə əməkdaşlığa cəlb edilib.

O, hakimiyyətdəki keçmiş əlaqələri vasitəsi ilə İrana İsrail barədə müxtəlif məzmunlu məlumatlar ötürüb.

Qeyd edək ki, 62 yaşlı Q.Seqev 1992-1996-cı illərdə İsrail Knessetinin (parlament) deputatı olub. O, 1995-1996-cı illərdə energetika və milli infrastruktur naziri vəzifəsini tutub. 2005-ci ildə Niderland krallığında narkotik qaçaqmalçılığına və saxta diplomatik pasport düzlətməyə görə həbs cəzası alıb. 2007-ci ildə həbsdən buraxılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA