İRANA QARŞI HƏMLƏ - Səudiyyə vəliəhdi Xamaneini “YENİ HİTLER” adlandırdı; Sabah Trampla görüşəcək

İRANA QARŞI HƏMLƏ - Səudiyyə vəliəhdi Xamaneini “YENİ HİTLER” adlandırdı; Sabah Trampla görüşəcək

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının şahzadəsi vəliəhd Məhəmməd bin Salman “Əgər İran nüvə silahı istehsal edərsə, biz də dərhal öz silahımızı istehsal edəcəyik” deyə açıqlama verib. Bin Salman ABŞ-ın CBS televiziya kanalında ona ünvanlanan suallara cavab verib. Müsahibənin iki həftə bundan əvvəl Ciddədə alındığı bildirilir. Bin Salman İranın ali dini lideri Ayətullah Əli Xamaneini “Yeni Hitler” adlandırıb, İranı “yayılmaq siyasəti”ndə ittiham edib: “Çünki onlar da yayılmaq istəyirlər. Vaxtilə Hitler necə yayılıb inkişaf eləmək istəyirdisə, onlar da Yaxın Şərqdə öz layihələrini həyata keçirmək istəyirlər. Dünya ölkələri ilə Avropa Hitlər təhlükəsinin nə olduğunu əvvəlcə başa düşmədilər. Başa düşəndə isə çox şey baş vermişdi. Mən Yaxın Şərqdə belə bir şeyin təkrarlanmasını istəmirəm”.

Bin Salmanın martın 20-də ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedəcəyi gözlənilir. Qeyd edək ki, ABŞ mətbuatında Səudiyyə Ərəbistanın öz nüvə silahını hazırlamaq üçün Vaşinqtonda lobbi fəaliyyətlərini gücləndirdiyi barədə xəbərlər yayılıb.

“Blumberq” nəşri, Səudiyyə Ərəbistanında bin Salmanın başçılıq elədiyi “Xalq İnvestisiya Fondu”nun lobbi fəaliyyəti üçün “Akin Gump Strauss Hauer & Feld LLP” təşkilatı ilə bir aylığa yarım milyon dollar ödəməyi nəzərdə tutan müqavilə imzalandığını qeyd eləmişdi.

ABŞ-ın enerji naziri Rik Perri isə mart ayının əvvəlində Londona gedərək orada səudiyyəli həmkarı Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşərək bu məsələni müzakirə eləmişdi.

ABŞ mətbuatında verilən xəbərlərə görə, Tramp hökuməti Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalamağa hazırlaşır, lakin bağlanması ehtimal olunan müqavilə hökmən Konqresdən keçməlidir. Konqresin isə Səudiyyə Ərəbistanına nüvə silahı istehsalına icazə vermək məsələsinə müsbət baxmadığı iddia edilir.

İsrailin baş naziri Binyamin Netanyahu da ötən həftə məsələ ilə bağlı açıqlamalar verərək. ABŞ-ın Səudiyyə Ərəbistanı ilə nüvə müqaviləsi bağlamaması üçün xəbərdarlıq edib.

Hurriyyet.org

Loading...

QALEREYA