İrana qarşı inqilabi koalisiya yaradıldı – Sensasion planın təfərrüatı

  • 2019-02-25 14:13:47
  • |
  • Region /

İrana qarşı inqilabi koalisiya yaradıldı – Sensasion planın təfərrüatı

Almaniyanın Hannover şəhərində İranın 10 müxalif siyasi partiya və Qeyri-Hökumət Təşkilatları (QHT) İran hakimiyyətinə qarşı koalisiyanın qurulduğunu elan edib.

Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, təşkilatlar arasında əldə edilmiş razılaşmanın yol xəritəsi də təqdim edilib.

Məlumata görə, koalisiyanın məqsədi İranın mövcud dini-siyasi hakimiyyətini devirib demokratik və federal dövlət qurmaqdır.

Koalisiyaya Azərbaycan Demokratik İttifaqı, Birlik, Sekulyar-Demokrat Respublikaçılar Hərəkatı, Əl-Əhvaz Demokratik Təzamon Partiyası, Kürdüstan Demokrat Partiyası, Kürdüstan Demokrat Partiyası, İran Kürdüstanının Komole Partiyası, Bəlucistan Xalq Partiyası, İran Xalq Fədailəri Birliyi Təşkilatı, İran Sol Sosialistlərinin Müvəqqət Şurası və Kürdüstan Zəhmətkeşlər Komole Partiyası və digər ictimai-siyasi qurumlar daxildir.

“İranda Azadlıq və Bərabərlik Uğrunda Həmrəylik” adlı toplantıda bildirilib ki, koalisiyanın yaranmasında əsas məqsəd İranda molla rejimini devirmək, dini siyasətdən ayırmaq və İranda yaşayan xalqların iradəsinə uyğun olaraq, ölkədə sekulyar-demokratik federal bir sistem yaratmaqdır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA