İrana qarşı sanksiyalar daha bir il uzadıldı

  • 2019-04-08 14:42:28
  • |
  • Dünya /

İrana qarşı sanksiyalar daha bir il uzadıldı

Avropa İttifaqı (Aİ) Şurası kobud insan hüquqları pozuntusuna görə İrana qarşı sanksiyaları daha bir il müddətinə uzadıb.

Hurriyyet.org ona-ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi internet səhifəsində məlumat verilib.

Bildirilir ki, sanksiyalar 2020-ci ilin aprelin 13-nə kimi uzadılıb. Sanksiyalara əsasən, 82 nəfərə və bir hüquqi şəxsə qarşı səyahət qadağası tətbiq edilib və aktivləri dondurulub, həmçinin daxili represessiya və telekommunikasiya monitorinqi üçün istifadə edilə biləcək avadanlıqların İrana ixracına qadağa qoyulub.

Qeyd edək ki, sanksiyalar ilk dəfə 2011-ci ildə tətbiq edilib və indiyə qədər hər il uzadılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA