İranda azərbaycanlı millət vəkilləri AYAĞA QALXDI: Ermənistana... - VİDEO

  • 2018-11-28 14:59:55
  • |
  • Region /

İranda azərbaycanlı millət vəkilləri AYAĞA QALXDI: Ermənistana... - VİDEO

Bazar günü Tehranın “Azadi” stadionunda “Persopolis” azarkeşlərinin işğalçı Ermənistana dəstək nümayiş etdirməsi İran parlamentinin azərbaycanlı millət vəkillərini dilə gətirib.

Hurriyyet.org xəbər verir ki, Təbriz, Azərşəhr (Tufarqan) və Uskünün (Üşkaya) millət vəkili Zəhra Sai stadionda Dağlıq Qarabağa ermənilər tərəfindən qoyulan adın - “Artsax” yazılmış parçanın nümayiş etdirilməsini kəskin qınayıb.

Millət vəkili bu barədə yerli “Məclis və Azərbaycan” agentliyinə açıqlamasında deyib.

“Belə işlər milli birliyə qarşı istiqamətlənib. Bu, bir fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir. Gənclər və idman nazirindən tələb edəcəm ki, bu məsələni izah etsin. Qaneedici cavab verməyəcəyi təqdirdə, məsələni parlamentdə qaldıracam”, - deyə o bildirib.

Zəhra Sai “Perspolis”in şovinist fars tərəfdarlarının Azərbaycan türklərinin ünvanına səsləndirdikləri şüar və söyüşlərə də münasibət bildirib:

“Mərkəzi şəhəri Təbriz olan Azərbaycan İranın həssas dövrlərində xüsusi rol oynayıb. Bu, inqilab dövrü və 8 illik müharibə zamanı da belə olub. Azərbaycan idman sahəsində də böyük uğurlara imza atıb. “Traxtur” klubu həmin uğurların bir nümunəsidir. Rəhbərin dediyi kimi, “Azərbaycan İranın başıdır” və hər zaman İrana xidmət edib. Hətta iqtisadi və mədəni sahələrdə də öncül olub. Azərbaycan İranda şiəliyin beşiyidir. Bütün hallarda ölkədə etnikləri aşağılamaq qəbuledilməzdir, bu, böyük Azərbaycan millətinə də şamildir”, - deyə o qeyd edib.

Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəcad isə “Artsax” sözünün yazıldığı bannerin nümayiş etdirilməsinin irqçilik nümunəsi olduğunu deyib.

O bu barədə tvitter səhifəsində fikirlərini paylaşaraq “Traxtur”-“Perspolis” görüşündə olub-bitənlərə münasibət bildirib.

Millət vəkili işğalçı Ermənistana dəstək verənləri qınayıb.

Qeyd edək ki, noyabrın 25-də Tehranın “Azadi” stadionunda “Persopolis” komandası ilə Təbrizin “Traxtur”u qarşılaşıb.

Görüş zamanı “Persopolis”in şovinist fars azarkeşləri qondarma “Artsax” yazılmış parça nümayiş etdirərək işğalçı Ermənistana dəstək veriblər. Onlar, həmçinin, Azərbaycan türklərinin ünvanına müxtəlif şüar və söyüşlər səsləndiriblər. İrqçilərin bu hərəkəti güney azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılanıb. Etirazlar hələ də davam edir./publika.az/

Loading...

QALEREYA