İranda helikopter elektrik dirəyinə çırpıldı - ÖLƏNLƏR VAR

  • 2019-03-04 17:01:25
  • |
  • Region /

İranda helikopter elektrik dirəyinə çırpıldı - ÖLƏNLƏR VAR

İranın qərbindəki Çexarmehar və Bəxtiyariyə əyalətində xilasetmə helikopteri qəzaya düşüb. Hadisə nəticəsində helikopterin göyərtəsində olan 5 nəfər həlak olub.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, helikopter tibbi qayğıya ehtiyacı olan hamilə qadını götürməyə gedərkən elektrik dirəyinə çırpılıb.

Qeyd edək ki, son illər ərzində İranda bu cür qəzaların sayı getdikcə çoxalmaqdadır. Rəsmi Tehran bəyan edib ki, ABŞ-ın iqtisadi-maliyyə sanksiyaları İranın yeni helikopter və təyyarələr, yaxud öz avianəqliyyat vasitələrini modernləşdirmək üçün Qərbdən ehtiyat hissələri almasını əngəlləyir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA