İranda hərbi vertolyot qəzaya uğradı: ölən və yaralananlar var

  • 2019-04-10 16:21:05
  • |
  • Region /

İranda hərbi vertolyot qəzaya uğradı: ölən və yaralananlar var

Hurriyyet.org xəbər verir ki, İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi ola Urmiyə şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb.

İranın dövlət mətbu orqanlarının yazdığına görə, Türkiyə sərhədi yaxınlığındakı Urmiya rayonundakı Silvana qəsəbəsinin Delamper məntəqəsinə düşən İran ordusuna məxsis vertolyotda olan pilot köməkçisi ölüb, 6 təhlükəsizlik əməkdaşı də yaralanıb.

Hadisə yerinə 1 vertolyot və 10 ədəd təcili yardım maşını yollanıb, yaralılar xəstəxanaya aparılıb.

Qəzaya vertolyotun yüksəlişi zamanı əsən şiddətli küləyin səbəb olduğu qeyd edilib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA