İranda ictimai yerdə evlilik təklifi edən gənc saxlanıldı - VİDEO

  • 2019-03-09 11:27:07
  • |
  • Region /

İranda ictimai yerdə evlilik təklifi edən gənc saxlanıldı - VİDEO

İranın Mərkəzi vilayətinin Ərak rayonunda ticarət mərkəzlərindən birində evlilik təklifinə görə iki gənc saxlanılıb.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Mərkəzi vilayətin hüquq-mühafizə orqanının rəis müavini Mahmud Xəleci Fars açıqlama verib.

Xəlecinin sözlərinə görə, gənclər İslam qayda-qanunlarına yaraşmayacaq tərzdə ictimai məkanda evlilik təklifinə görə saxlanılıblar. Belə ki, gənc oğlanın ictimai yerdə xanıma evlilik təklif etməsi qanunlara ziddir.

Rəis müavininin sözlərinə görə, gənc qız və oğlan daha sonra şərti azadlığa buraxılıblar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA