İranda iki əcnəbi tələbə valyuta bazarında manipulyasiya ittihamı ilə tutuldu

  • 2019-02-25 16:41:51
  • |
  • Region /

İranda iki əcnəbi tələbə valyuta bazarında manipulyasiya ittihamı ilə tutuldu

Hurriyyet.org xəbər verir ki, İranda dolları yerli pula çevirmək istəyən iki nəfər əcnəbi tələbə tutulub, ardından Tehran Universiteti rəhbərliyinin işə qarışması nəticəsində azadlığa buraxılıb.

İranlı Tələbələr Xəbər Agentliyinə (ISNA) müsahibə verən Əhmədabadi deyib: “İki nəfər əcnəbi tələbə çərşənbə günü dollarlarını yerli pula çevirmək üçün getdikləri Firdovsi meydanında polis tərəfindən valyuta bazarını manipulyasiya eləmək ittihamı ilə həbs edilmişdi”. Əhmədabadi tələbələrin universitet xərclərini ödəmək üçün 2 min dollar pulunun olduğunu deyib. Tələbələr universitet rəhbərliyinin müraciəti nəticəsində iki gün sonra həbsdən azad ediliblər. Tələbələrin hansı ölkədən olduğu barəsində məlumat verməyən Əhmədabadi ölkədəki əcnəbi tələbələr və elmlə məşğul olanlar üçün şərtlərin asanlaşdırılmasıın lazım olduğunu bildirib.

İranda ötən il dolların sürətlə bahalaşması səbəbindən bazardakı manipulyasiyaların qarşısını almaq üçün dollar mübadiləsi icazəsi müəyyən sərraflara və banklara verilmişdi. Dollar dövlətin icazə verdiyi məntəqələrdə sabit kurs olan 4 200 tümənə, azad bazarda isə təqribən 13 650 tümənə satılır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA