İranda iki şəhərin boşaldılmasına göstəriş verildi - RƏSMİ

  • 2019-03-26 11:35:42
  • |
  • Region /

İranda iki şəhərin boşaldılmasına göstəriş verildi - RƏSMİ

İranın şimalında yerləşən Gümüşan və Siminşəhr şəhərlərinin boşaldılmasına, əhalinin isə 4 sığınacağa yerləşdirilməsinə göstəriş verilib.

Bunu İranın Gülüstan vilayətinin valisi Mirməhəmməd Qəravi deyib.

M.Qəravinin sözlərinə görə, qərar gözlənilən təbii fəlakətlərin nəticələrinin qarşısını almaq üçün verilib.

Qeyd edək ki, İranın bir çox vilayəti son həftə ərzində güclü yağıntılarla üzləşib.

Hazırda Gülüstan vilayətinin su altında qalan Ağqala şəhərindən suları boşaltmaq istiqamətində işlər davam etdirilir.

İranın Gümüşan vilayətinin eyniadlı şəhərinin 19 191 nəfər, Siminşəhr şəhərinin isə 17 205 nəfər əhalisi var.

Trend xatırladır ki, ötən gün Fars vilayətinin Şiraz şəhərində baş vermiş daşqın nəticəsində 18 nəfər həlak olub, 94 nəfər yaralanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA