İRANDA PKK QALMAQALI

İRANDA PKK QALMAQALI

Hurriyyet.org xəbər verir ki, İranda fəaliyyət göstərən “Teribon" adlı xəbər saytının müdiri, İran və Yaxın Şərq üzrə mütəxəssis Əli Rza Ərdəbili İran məclisindəki bəzi kürd vəlillərin PKK terror təşkilatının nümayəndəsi kimi danışdığını söyləyib.

“Anadolu Agentliyi”nə müsahibə verən Ərdəbili TSQ-nin Afrində PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına qarşı başladığı “Zeytun budağı” əməliyyatını və İranın bu əməliyyatla bağlı mövqeyini dəyərləndirib.

Ərdəbili deyib: “Türkiyə aylarla, bəlkə də illərlə təhlükəsizlik qüvvələrinin aradan qaldırılması üçün gözlədi, amma ABŞ-ın SDQ yaraqlılarının Suriyada nəzarəti altında olan bölgələrdən çıxarılması məsələsində verdiyi vədlərin heç birinə əməl etmədi. Türkiyə də öz sərhədlərində təhlükəsizliyi təmin etmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb".

İranın kürd qruplarına münasibətini də qiymətləndirən Ərdəbili deyib: “Silahlı kürd qruplarla çox az əlaqəsi olan insanlar İranda edam edildilər, ancaq Suriya və Türkiyədəki eyni qruplar İran tərəfindən dəstəklənirlər. Bu, sadəcə, hökumət və rəsmi media ilə bağlı deyil. Məsələn, İranda solçulara, liberalistlərə və Amerikaya meyllilərə lənət oxuyurlar, lakin ABŞ-ın Türkiyə və Suriyadakı silahlı terrorçuları dəstəkləməsinə məhəl qoymurlar və həmin qrupları dəstəkləyirlər”.

Hurriyyet.org

Loading...

QALEREYA