İranda qanlı toy: 4 ölü, 16 yaralalı

  • 2018-12-06 14:13:17
  • |
  • Region /

İranda qanlı toy: 4 ölü, 16 yaralalı

İranın Kirmanşah vilayətində toy mərasimində baş verən atışma nəticəsində 4 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Hurriyyet.org xəbər verir ki bunu İranın Kirmanşah vilayətinin hüquq-mühafizə idarəsinin rəisi Mənuçehr Əmanullahi deyib.

Onun sözlərinə görə, hadisə Kirmanşahın Çəmən qəsəbəsində baş verib.

Əmanullahi əlavə edib ki, əvvəllər qətllərdə adı hallanan qonaqlardan biri, bir neçə qonaqla dalaşdıqdan sonra, "Kalaşnikov" markalı avtomatla toyda atəş açmağa başlayıb. Nəticədə 16 nəfər yaralanıb. Xəstəxanaya aparıldıqdan sonra 1-i qadın olmaqla 4 nəfər dünyasını dəyişib.

Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb və atəş açan şəxsin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirirlir./trend/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA