İranda şiddətli leysan və ildırımlar ÖLÜMLƏRƏ SƏBƏB OLDU

  • 2019-05-22 14:40:57
  • |
  • Region /

İranda şiddətli leysan və ildırımlar ÖLÜMLƏRƏ SƏBƏB OLDU

Hurriyyet.org xəbər verir ki, İranda iki həftə davam edən fırtına və şiddətli yağışlar nəticəsində 22 nəfər həlak olub, 53 nəfər yaralanıb.

İranın Fövqəladə Vəziyyət Mərkəzinin mətbuat katibi Müctəba Xalidi, yazılı açıqlama verərək, Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, , Rezevi Xorasan, Cənubi Xorasan, Çaharmahal-Bəxtiyari, İsfahan, Kirmanşah, Kürdistan, Fars, Huzistan, Kirman, Loristan, Mərkəzi, Kohgiluye-Buyer Əhməd və Gilan əyalətlərində may ayının 8-dən bu günə qədər fırtına və leysanlar üzündən 22 nəfərin öldüyünü, 53 nəfərin isə yaralandığını bildirib.

Xalidi bu şəxslərdən 2-ni sel sularının apardığını, 20-nin isə ildırım vurması nəticəsində dünyasını dəyişdiyini yazıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA