İranda zəlzələdə xəsarət alanların sayı açıqlandı

  • 2019-07-09 11:37:26
  • |
  • Region /

İranda zəlzələdə xəsarət alanların sayı açıqlandı

İranın Xuzestan əyalətində ötən gün səhər baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 104 nəfərə çatıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Xuzestan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin sədri Məhəmmədəmin Zərgər deyib. Onun sözlərinə görə, xəsarət alan şəxslərin müalicəsi davam edir.

Qeyd edək ki, iyulun 8-də Xuzestan əyalətinin Məscid Süleyman bölgəsində 4,1 gücündə zəlzələ baş verib. İlkin məlumatlarda zəlzələ nəticəsində 2 nəfərin öldüyü, 64 nəfərin xəsarət aldığı bildirilirdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA