İrandan ABŞ-ın Yəmən qərarına ETİRAZ!

  • 2019-04-17 18:43:52
  • |
  • Region /

İrandan ABŞ-ın Yəmən qərarına ETİRAZ!

Hurriyyet.org xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezident Donald Trampın Yəməndə müharibə aparan Səudiyyə Ərəbistanına dəstəyin davam eləməsi ilə bağlı verdiyi qərara etirazını bildirib.

Cavad Zərif “Tvitter” hesabında verdiyi açıqlamada ABŞ Konqresinin Yəməndə Səudiyyə Ərəbistanına verilən dəstəyin kəsilməsini nəzərdə tutan qanun layihəsinə Tramp tərəfindən veto qoyulmasını tənqid edib: “ABŞ Konqresi belə CENTCOM-un (ABŞ Mərkəzi Qüvvələri) Yəməndəki sabitliyi pozan fəaliyyətinin dayandırılmasını istəyir, amma neftlə maliyyələşən Netanyahunun ardıcıllları və onların Ağ Evdəki dəstəkçisi, amerikalıların həyatları bahasına və ABŞ-ın mənfəətinə zidd şəkildə sonsuza qədər müharibəni alovlandırmağa davam edəcək”.

ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanına verdiyi dəstəyi kəsməsini nəzərdə tutan qanun layihəsш aprelin 4-də Nümayəndələr Məclisində 175-ə qarşı 147 səslə, Senatda isə 46-ya qarşı 54 səslə qəbul edilmişdi.

Bu qanun layihəsində “Əl Qaidə” ilə döyüşənlərdən başqa, Yəməndəki müharibəyə daxil olan və ya müharibəyə təsiri olan bütün Amaerika hərbi ünsürlərinin 30 gün içərsində geri çəkilməsi nəzərdə tutulurdu.

Tramp bu qanun layihəsini dünən gecə, “Amerikanın xarici siyasəti üçün təhlükəli” adlandıraraq veto etmişdi.

Vaşinqton hakimiyyətinin paytaxt Sana və bəzi bölgələri əlində saxlayan Husilərə qarşı Səudiyyə Ərəbistanına dəstək verdiyi Yəmən müharibəsində minlərlə insan həlak olub.

BMT dünyanın ən böyük humanitar böhranlarından birinin baş verdiyi Yəməndə əhalinin yarısı – 10 milyon nəfərə qədər insan aclıqla qarşı-qarşıyadır. Ölkədə 22 milyondan artıq insanın da yardıma və himayəyə ehtiyacı olduğu bildirilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA