İrandan Azərbaycana narkotik gətirənlərə hökm oxundu

İrandan Azərbaycana narkotik gətirənlərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən Şahlar Qasımov, atası Yaşar Qasımov, Əhməd Əhmədov, Süleyman Məhərrəmov və İran vətəndaşı Cavadi Rzanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Qasımov, Ə.Əhmədov və S.Məhərrəmovun hər biri 11 il, C.Rza isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarı ilə iş üzrə təqsirləndirilən Yaşar Qasımovun cinayətdə günahı sübuta yetirilmədiyindən bəraət alıb və o məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, dövriyyəsi və satışı ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvləri ifşa edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA