İrandan Ermənistana yollanan turistlərin sayı azalır

İrandan Ermənistana yollanan turistlərin sayı azalır

Novruz bayramı günlərində İrandan Ermənistana gedəcək turistlərin sayında azalma gözlənilir. Bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın Tehran səfəri zamanı İranla sərhədin bağlanması ehtimalı barədə verdiyi açıqlamasını unutmayıblar.

Bundan başqa, bəzi Ermənistan banklarının iranlılarla problemləri qeydə alınıb. Amma əsas səbəb kimi son zamanlar İranla Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşması göstərilib. Nəticədə, İran turistlərinin böyük hissəsi Ermənistandan Azərbaycana yönəlib. Bundan başqa, iranlılar Gürcüstana da səfər etməyə başlayıb.\\Virtualaz.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA